Bank Xəbərləri

TuranBankdan çoxfunksiyalı kart!

TuranBank yeni kart məhsulu olan MasterCard Universal kartını təqdim etdi.

Çoxlarının pul qabında bir ədəd məvacib, bir ədəd əmanət bir ədəd isə qeyri nağd alış-veriş üçün nəzərdə tutulan plastik kart tapmaq olar. Halbuki, TuranBank müştərilərinin rahatlığını nəzərə alaraq bütün bu mövcud ehtiyacları bir kartda birləşdirdi. “Universal” kart sadəcə pul qabı deyil, həm də sizə pul qazandırır. Belə ki, kartın qalıq balansına illik 6%-dək gəlir və tərəfdaş mağaza və əyləncə mərkəzləri şəbəkəsində 18%-dək Cash Back hesablanır. Kart 3 valyutada pulsuz təqdim olunur. Qeyd edək ki, bankın ATM və Pos-terminallarından bu kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir.

Kartı, bankın istənilən filialında bir tək şəxsiyyət vəsiqəsilə rəsmiləşdirə bilərsiniz. Banka gəlməyə vaxtınız yoxdursa, kartı TuranBankın rəsmi internet səhifəsindən və ya Whatsapp vasitəsilə də sifariş etmək mümkündür. Hazır kartı isə sizə uyğun vaxtda bankın 24/7 çalışan “Mərkəz” filialından götürə bilərsiniz.

Yeni kart haqqında daha ətraflı məlumatı TuranBank-ın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: https://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/universal-kart/.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whatsapp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bizi sosial səhifələrimizdə izləyin:

Instagram - @turanbank

 Facebook - @TuranBankASC

 Linkedin - @TuranBank

 

TuranBank

Bizimlə etibarlıdır...

→ Arxiv

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta