Sənədli əməliyyatlar

TuranBank eyni zamanda sənədləşdirilmiş kredit əməliyyatları üzrə xidmətlər də təklif edir. Bu xidmətlərin əsas məqsədi müştərilərin idxal-ixrac və ticarətin maliyyələşməsi üzrə əməliyyatlarında əlverişli şərtlərlə onlara dəstək verməkdir. TuranBank  bu əməliyyatları idxal və ixrac akkreditivləri, bank zəmanət məktubları və digər formalarda həyata keçirir.

Müştərilərimiz bu sahədə aşağıdakı xidmətlərimizdən faydalana bilərlər:

  • İdxalçı və ixracatçılara beynəlxalq ticarət əməliyyatlarında riskləri minimallaşdırmaq məqsədilə ən optimal ödəmə formasının seçilməsi üzrə konsultasiya xidmətlərinin  göstərilməsi;
  • Sənədli idxal-ixrac akkreditivlərinin açılması və verilməsi;
  • Akkreditvlərin TuranBank və digər Avropa, ABŞ və s. banklar tərəfindən təsdiqi;
  • Sənədlərin yoxlanılması və akkreditivlər üzrə ödənişlərin həyata keçirilməsi;
  • Akkredetivlərin transfer edilməsi;
  • Sənədli kredit əməliyyatları vasitəsilə digər maliyyə sövdələşmələrinin həyata keçirilməsi;
  • Bank zəmanətlərinin açılması və verilməsi;

                   o cümlədən:

                          1. İştirak zəmanətlərinin verilməsi;
                          2. İcra zəmanətlərinin verilməsi;
                          3. Avans zəmanətlərinin verilməsi;

  • Zəmanətlərin TuranBank və digər Avropa, ABŞ və s. banklar tərəfindən təsdiqi.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta