Əmək haqqı layihələri

Əmək haqqı kartları hər bir təşkilatın müasir inkişafını təmin edən layihələrdən biridir. Bank kartlarının köməyi ilə əməkdaşlara əmək haqqının avtomatlaşdırılmış qaydada ödənilməsi həm təşkilatın, həm də əməkdaşların vaxtının və müəyyən məsrəflərinin qənaət edilməsinə yönəldilmişdir. 

Eyni zamanda ölkədə elektron ödəniş infrastrukturunun genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kart sahibləri üçün bankomat və internet vasitəsilə kommunal, telefon, sığorta, kabel televiziyası, internet provayder və digər xidmətlərin dəyərinin kartlarla ödənilməsi imkanı yaradılmışdır.


Əmək haqqı layihələrinin həyata keçirilməsi məqsədilə Bankımız Sizə Maestro Cirrus əmək haqqı kartlarını təqdim edir.

Əmək haqqı layihəsi çərçivəsində TuranBank-ın Maestro Cirrus kartları Sizə aşagıdakı imkanları yaradır:

  • Əmək haqqı alarkən vaxta qənaət edilməsi;
  • Ezamiyyətdə və ya məzuniyyətdə olan əməkdaşların, nəyinki respublikamızın bütün regionlarında, hətta istənilən əcnəbi ölkədə əmək haqqını vaxtında alması imkanı;
  • Təşkilatın mühasibat və kassa prosedurlarının son dərəcə sadələşdirilməsi;
  • Maestro Cirrus plastik kart sahibləri üçün heç bir vaxt itkisinə yol vermədən bankomat vasitəsilə və ya ev şəraitində internet vasitəsilə aşağıda sadalanan ödənişlərin həyata keçirilmə imkanı:
  • Kommunal xərclərin ödənişləri;
  • Ev telefonu xərclərinin ödənişləri;
  • İnternet provayderlərinə ödənişlər;
  • Mobil operatorlara ödənişlər;
  • Kabel televiziyasına ödənişlər;
  • Sığorta xidmətlərinə görə ödənişlər.
            İş vaxtı:
            B.e. - C. (9:00 - 18:00)
            Geri
            close

            Valyuta çeviricisi


            Məbləği daxil edin
            Valyutanı seçin
            Çevriləcək valyuta