Kreditlər

Biznes kreditlərinin verilmə məqsədləri

Biznes kreditləri sahibkarlıq fəaliyyəti ilə məsğul olan, Azərbaycan Respublikasında qeydiyyatdan keçərək fəaliyyət göstərən fiziki və hüquqi səхslərə, ticarət, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın müхtəlif sektorlarının inkişafına dəstək göstərilməsi məqsədilə təqdim olunur.

Bank tərəfindən biznes kreditləri asağıdakı məqsədlərlə verilir:

  • Dövriyyə vəsaitlərinin artırılması üçün;
  • Əsas vəsaitlərin alınması üçün;
  • Müхtəlif layihələrin həyata keçirilməsi üçün.

Biznes kreditlərinin subyektləri

Biznes kreditlərinin subyektləri asağıdakılardır:

  • İri sahibkarlıq subyektləri;
    İri sahibkarlıq subyektləri dedikdə, isçilərinin orta siyahı sayı nəzərə alınmadan aktivlərinin orta illik dəyəri 1 000 000 AZN-dən yuxarı olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər nəzərdə tutulur.
  • Kiçik və orta sahibkarlıq subyektləri;
    Kiçik və orta sahibkarlıq subyektləri dedikdə, işçilərin orta siyahı sayı (mövsümi işçilər nəzərə alınmadan) 50 nəfərədək, aktivlərinin orta illik dəyəri 1 000 000 AZN-dək olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məsğul olan fiziki şəxslər nəzərdə tutulur.

Qeyd: Biznes kreditləri üzrə kreditlərin verilməsi şərtlərinə fərdi qaydada baxılır.
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta