İnkasassiya

TuranBank müasir bankçılıq ənənələrinə sadiq qalmaqla, korporativ müştərilərinə nağd pul və ya qiymətlilərin dövriyyəsi ilə bağlı kompleks inkassasiya xidmətlərini təqdim edir. Müştərilərin iri həcmli nağd pulla işləməsi riskini öz üzərimizə götürürərək onlara məxfilik, fərdi yanaşma, pul və qiymətlilərin mənzilbaşına etibarlı şəkildə çatdırılmasına zəmanət veririk.

 İnkassasiya üzrə təqdim etdiyimiz komleks xidmətlər aşağıdakılardan ibarətdir:

  • Müştərilərin nağd pul vəsaitlərinin və ya qiymətlilərinin bir məntəqədən digər məntəqəyə daşınması;
  • Müştərilərin nağd pul vəsaitlərinin sayılması və hesaba köçürülməsi;
  • Əmək haqqı və digər xərclər üçün hazırlanmış nağd pul vəsaitlərinin müştəriyə çatdırılması;
  • Müştərinin istəyi ilə köhnəlmiş nağd pul vəsaitlərinin yenisi ilə əvəzlənməsi;
  • Müştərinin istəyi ilə nağd pul vəsaitlərinin paketlənməsi.

İnkassasiya üzrə müştərilərin xidmət olunması aşağıda qeyd olunan meyarlara əməl etməklə aparılır:

  • İxtisaslaşdırılmış avadanlıqların təqdim olunması;
  • Bronlaşdırılmış avtonəqliyyatın təqdim olunması;
  • Silahlı mühavizə dəstəsi.

 *İnkassasiya xidmətlərinin təhlükəsizliyinə Bank tərəfindən zəmanət verilir.

İnkassasiya xidmətindən istifadə etmək üçün nə etməli?

Hüquqi şəxslərə inkassasiya xidmətlərinin göstərilməsi razılaşma əsasında həyata keçirilir. İnkassasiya üzrə tariflər qarşılıqlı müqaviləyə əsasən təyin olunur.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta