İnvestisiyalar

TuranBank aşağıda adları sadalanan təşkilatların səhmdarıdır:

1. “TuranLizinq” MMC
2. “Başak İnam” Sığorta Şirkəti
3. “Milli Kart” MMC Prossesinq Mərkəzi

“TuranLizinq” MMC (100%):

Bank əməliyyatlarının sürətli artımına paralel olaraq lizinq əməliyyatlarının da sürətli artımı ilbəil müşahidə olunmaqdadır. Bu sahədə potensial biznes imkanlarının mövcudluğunu nəzərə alaraq TuranBank, 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə Azərbaycanda Lizinqin İnkişafı Layihəsi üzrə həyata keçirdiyi proqram çərçivəsində bankın lizinq törəmə qurumunun yaradılması istiqamətində qarşılıqlı anlaşma memorandumu imzalamışdır.

BMK tərəfindən göstərilən texniki yardımın nəticəsi olaraq, 21 Avqust 2006-cı ildə  səhmlərinin 100%-i TuranBanka aid olan “TuranLizinq” MMC dövlət qeydiyyatından keçərək təsis edilmişdir.


“Başak İnam” Sığorta Şirkəti (8%):

“Başak İnam” Birgə Sığorta Şirkəti 9 Avqust 1996-cı ildə Maliyyə Nazirliyinin müvafiq sığorta fəaliyyəti əsasında verdiyi lisenziya ilə fəaliyyətə başlamışdır.

“Başak İnam” Birgə Sığorta Şirkətinin hesabat ilinin sonuna nizamnamə kapitalı 6 mln. AZN təşkil etmişdir. Şirkətin səhmdarları sırasına Türkiyənin “Başak Sığorta” A.Ş. (49% səhmlərə sahib), “TuranBank” ASC (8% səhmlərə sahib), qalan 36% səhmlərin sahibi “Azər-Türk Bank” ASC, “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı və fiziki şəxslərdir.

Şirkətin əhəmiyyətli, yəni 49%-nə sahib olan “Başak Sığorta” A.Ş. 2006-cı ildə Fransa sığorta bazarının liderlərindən olan Groupama tərəfindən alınmışdır.

Ümumiyyətlə “Başak İnam” Birgə Sığorta Şirkəti, Azərbaycan sığorta bazarının iştirakçıları sırasında ön yerlərdən birini tutur.

“Milli Kart” MMC Prossesinq Mərkəzi (2,4%):

“Milli Kart” MMC Prossesinq Mərkəzi Azərbaycan plastik kart bazarında Azərbaycan Beynəlxalq Bankı-nın törəmə qurumu olan “Azərkart” MMC-yə alternativ bir Prossesinq Mərkəzi olaraq yaradılmış. Əsas fəaliyyəti, plastik kartlar vasitəsilə aparılan əməliyytaların dövriyyəsinin sürətlə artdığı bir şəraitdə plastik kartların hazırlanmasını və dövriyyəyə buraxılmasını, kartların ölkədaxili və beynəlxalq hesablaşmalar şəbəkəsində istifadə edilməsini təmin etməkdən və onlar üzrə həyata keçirilən xidmətlərin yerinə yetirilməsindən ibarətdir. Mərkəz, 2006-cı ilin sentyabr ayında dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta