Dividend siyasəti

"TuranBank"  ASC-nın dividend siyasəti

"TuranBank" Açıq Səhmdar Cəmiyyətinin Dividend Siyasəti Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının qaydalarına, Bankın Nizamnaməsinə və digər daxili sənədlərinə uyğun hazırlanmışdır. Siyasət dividendlərin hesablanması, elanı, məbləği, forması və ödənilməsi müddətlərinə dair Bankın prosedurlarını əks etdirir.

Xalis mənfəətin dividendlərin ödənişinə yönəldilməsi Bankın strategiyasının tələblərinə və Səhmdarların Ümumi Yığıncağının qərarına əsaslanır.

Siyasətin əsas məqsədi hər il üçün davamlı və etibarlı dividend siyasətini həyata keçirmək və bu siyasətdən hər hansı bir uzaqlaşmanın qarşısını almaqdan ibarətdir.

Dividendlərin elanıDividendlərin elanı və ödənilməsi, o cümlədən ödənişlərin məbləği və proseduru Bankın illik təsərrüfat-maliyyə fəaliyyətinin nəticəsi barədə kənar audit tərəfindən hesabat təsdiq edildikdən sonra Müşahidə Şurasının tövsiyəsi ilə 3 aydan gec olmayaraq Səhmdarların Ümumi Yığıncağı tərəfindən müəyyən edilir.

  • Dividendlərin ödənilməsi haqqında qərarda aşağıdakılar müəyyən edilməlidir:
  • Dividend elan edilmiş səhmlərin növü;
  • Hər bir səhm üzrə dividendin məbləği və ya dividendin ödəniləcəyi faiz dərəcəsi;
  • Ödəniş müddəti;
  • Ödəniş forması.

Bank aşağıdakı hallarda dividend elan edə və ya elan edilmiş dividendi ödəyə bilməz:

  • Bu qərarın qəbul edilməsi tarixinə Bank Müflisləşmə və İflas Haqqında Qanununa əsasən müflis elan edildikdə və ya iflasa uğradıqda və ya dividendlərin ödənilməsi nəticəsində müflis elan ediləcəyi və ya iflasa uğrayacağı ehtimal edildiyi halda;
  • Bu qərarın qəbul edilməsi tarixinə Bankin xalis aktivlərinin dəyəri onun Nizamanamə kapitalından, ehtiyyat fondundan aşağı olduqda və ya bu qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri aşağı düşəcəyi halda;
  • Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Dividendlərin mənbəyi və məbləği: Dividendlər Bankın xalis mənfəətindən ödənilir və səhmdarlar arasında onların sahib olduqları hər bir səhmlərin sayına proporsional şəkildə bölüşdürülür. Ötən illərdə buraxılmış səhmlər üçün dividendlər illik faiz nisbətində, cari ildə buraxılmış səhmlər üçün dividendlər isə digər səhmlərə verilən dividendin faizini (məbləği) ildəki günlərə (360 gün) bölərək və sonradan səhmin mövcud olduğu (buraxıldığı gündən ilin sonunadək) günlərin sayına vurularaq hesablanmalıdır. Dividendlər elan edildikdə səhmdarlardan tutulan vergilər nəzərə alınmır.

Dividend almaq hüququna malik olan səhmdarlar: Mənfəəti bölgüşdürülməsi nəzərdə tutulan maliyyə ilində səhmdar olan şəxslər dividend almaq hüququna malikdir.

Elan edilmiş dividendlərin ödənilməsi:  Dividendlər elan edildikdən sonra 10 gündən gec olmayaraq səhmdarlara ödənilməlidir. Dividendlərin ödənilməsi tarixi, forması, yeri və proseduru haqqında məlumat səhmdarlara göndərilir. Hər bir səhmdar səhmlər üzrə dividendlərin hesablanması qaydası, vergi prosedurları, ödəniş şərtləri və dividendi barədə məlumat almaq üçün Banka müraciət edə bilər. Bank müraciət daxil olduqdan sonra 3 gün ərzində səhmdara cavab verməlidir.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta