Beynəlxalq əlaqələr

TuranBank beynəlxalq əlaqələr və əməkdaşlıq sahəsində fəaliyyətini ildən-ilə daha da genişləndirməkdədir. Fəaliyyəti ərzində Bank mikro, eləcə də Kiçik və Orta Sahibkarlığın (KOS) maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi, İslam bankçılığının ölkə ərazisində təşəkkül tapması, xarici banklarla müxbir əlaqələrin yaradılması, beynəlxalq ödəniş sistemləri, banklararsı ödəniş sistemləri və təcili pul köçürmə sistemləri çərçivəsində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirmişdir.

Birmənalı şəkildə qeyd edilməlidir ki, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın qurulması həm xarici, həm də yerli tərəfdaşlarla münasibətlərdə etibarlı tərəfdaş imici qazanmasında böyük rol oynayır. Məhz etibarlı tərəfdaş imici hesabat ilində bizə 2012-2015-ci illər üzrə Strateji Planımızın əsas hədəflərindən birini - Banka xarici investisiya kapitalının cəlbini icra etməyə  imkan vermişdir. Belə ki, TuranBankın səhmlərinin 3028 ədədini əldə edən ABŞ-da idarə olunan ShoreCap II Ltd. Fondu 7,45% payla Bankın səhmdarları sırasına qatılmışdır. “ShoreCap II Ltd.” beynəlxalq özəl kapital şirkətidir. Şirkət, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə biznes bazarlarına (müştərilərinə) xidmət göstərən kiçik miqyaslı banklara və tənzimlənən mikromaliyyə institutlarına investisiya qoyuluşunda maraqlıdır. “ShoreCap II Ltd.” Asiya və Afrikada maliyyə institutlarının inkişafını dəstəkləmək məqsədilə 80 milyon ABŞ dolları məbləğində kapital formalaşdırıb. “ShoreCap International Ltd” fondunun fəaliyyətinin başlıca məqsədi inkişafda olan və keçid iqtisadiyyatı olan ölkələrdə mikro və kiçik miqyaslı müəssisələrə xidmət göstərən maliyyə institutlarının inkişafını artırmaq üçün  investisiya qoyuluşları vasitəsilə kapitaldan sosial məsuliyyət çərçivəsində istifadəni təmin etməkdir.

“ShoreCap International Ltd” fondunun əsası, icmaların (cəmiyyətin) inkişafına dəstək göstərən və ətraf mühit yönümlü, Amerikanın ilk və öncül bank korporasiyası olan “ShoreBank Corporation” tərəfindən qoyulub.

Beynəlxalq əlaqələrin inkişafı strategiyası çərçivəsində Bank beynəlxalq əməkdaşlıq üzrə mövcud layihələri müvəffəqiyyətlə davam etdirməklə, yeni əməkdaşlıq layihələrinin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edir. Buna əmin olmaq üçün Bankımızın cari ildə əməkdaşlıq etdiyi beynəlxalq qurumların siyahısına nəzər yetirmək yetər.

  • Bank WorldBusiness Capital, Inc. KOS maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə 7 mln ABŞ dolları məbləğində vəsaitin cəlb olunması üzrə müqavilə imzalamışdır;
  • Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Ticarətin Maliyyələşdirilməsi istiqamətində TuranBanka ayırdığı revolver kredit xəttinin həcmini 14 milyon ABŞ dollarına qədər artırmışdır;
  • TuranBank Bank im Bistum Essen eG-dən 3,5 mln. ABŞ dollarında vəsait cəlb etmişdir;
  • TuranBank ilə İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə  5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə müqavilə imzalanmışdır.
  • TuranBank MDB və Baltik ölkələrində, həmçinin ABŞ, Böyük Britaniya, İsveçrə, Portuqaliya, Türkiyə, İsrail və Çin də daxil olmaqla dünyanın bir sıra ölkələrində fəaliyyət "Lider" beynəlxalq təcili pul köçürmə sistemi ilə əməkdaşlığa başlamışdır.

Ötən 2013-cü ildə də Bankımız beynəlxalq sahədə bir sıra uğurlu layihələrə imza atmışdır. Belə ki,   TuranBank dünyanın aparıcı banklarından olan Societe Generale ilə əlavə 1 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi barəsində müqavilə imzalamışdır. Cəlb olunmuş vəsait mikro və KOS-un kreditləşməsi istiqamətində istifadə edilmişdir.

Bank 2013-cü ildə müxtəlif beynəlxalq konfranslarda fəal iştirakı ilə seçilmişdir. Belə ki, Bankın nümayəndə heyəti hər il olduğu kimi, 2013-cü ildə də Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İstanbul, MFC-nin Çernoqoriyanın Budva, İslam İnkişaf Bankının (IDB) Düşənbə, EFSE-nin Bosniya və Hersoqoviniyanın Sarayevo, MDB Bank Forumunun Rusiyanın Moskva şəhərlərində keçirilən illik toplantılarında iştirak etmişdir. Qeyd olunan tədbirlərlə yanaşı Bankın nümayəndələri hesabat ilində BMK-nın İstanbulda İqlim İnvestisiyaları və Dubayda KOS mövzusuzları üzrə keçirilən toplantılarında da iştirak etmişlər. Bundan əlavə, Bankın nümayəndəsi islam bankçılığı çərçivəsində Bəhreyndə keçirilən 20-ci Beynəlxalq İslam Bankçılığı Konfransında TuranBankı təmsil etmişdir.

 KOS və Ticarətin maliyələşməsi

Bu layihələrdən ilk növbədə Bank ilə WBC/OPIC təşkilatı arasında KOS maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə 7 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması üzrə imzalanmış sazişi xüsusi qeyd etmək lazımdır. Digər əlamətdar hadisələrdən biri də TuranBank və İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) arasında KOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə imzalanmış razılaşmadır.

Ticarətin maliyyələşdirilməsi bank məhsulları sırasında önəmli sahə hesab olunur. Bank, bu sahə üzrə KOS-ın dəstəklənməsini özünün vacib istiqamətlərindən biri kimi qəbul etmişdir. Bank, beynəlxalq əməkdaşlıq çərçivəsində mövcud kredit xətləri vasitəsilə bu sahə üzrə maliyyələşdirməni davam etdirməkdədir. Belə ki, 2014-cü ildə Bank beynəlxalq əməkdaşlığı çərçivəsində ticarətin maliyyələşdirilməsi üzrə proqramlara da geniş əhəmiyyət verir. Bu istiqamətdə Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə mövcud əməkdaşlığını daha da genişləndirmişdir.  QDTİB Ticarətin Maliyyələşdirilməsi istiqamətində TuranBanka ayırdığı revolver kredit xəttinin həcmini 14 milyon ABŞ dollarına qədər artırmışdır

TuranBankla Almaniyanın maliyyə institutu olan Bank im Bistum Essen eG arasında mikromaliyyə portfelinin daha da genişləndirilməsi məqsədilə 3,5 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsi üzrə iki yeni kredit müqaviləsi imzalanmışdır.

Bankın müştərək layihələr həyata keçirəcəyi tərəfdaşları sırasına ECO Bank Ticarət və İnkişaf Bankı da qatılmışdır. Artıq bu qurumla KOS-un maliyyələşdirilməsi istiqamətində 3 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması üzrə ilkin razılıq əldə olunmuşdur.

 

 İslam Bankçılığı

Ənənəvi bankçılığa parallel olaraq, islam bankçılığının respublikamızın maliyyə sektorunda tətbiqi üçün fəal təşviqat aparan TuranBank, İslam Maliyyələşdirilməsi istiqamətində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı Qrupu) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC, İslam İnkişaf Bankı Qrupu) ilə fəal əməkdaşlıq edir. Qeyd olunan beynəlxalq maliyyə institutlarının maliyyə xətləri çərçivəsində Bank İslam Bank Məhsulları olan Murabaha (Təkrar Satış), Wakala, iki mərhələli Murabaha və İcarə-ni həyata keçirir.

Bankın ümumilikdə IDB-dən islam maliyyələşməsi istiqamətində əldə etdiyi vəsaitin ümumi həcmi 13,8 mln. ABŞ dolları məbləğindədir.

Bank, 2012-2015-ci illər üzrə Strateji Planın əsas hədəflərindən biri olan Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi ilə yanaşı 2015-ci ilə qədər pərakəndə islam bankçılığı məhsullarının bazara geniş çeşiddə təqdim etməyə imkan verəcək İslam Bankçılığı pəncərəsinin açılması istiqamətində də işlərini davam etdirməkdədir.

2014

  • Bank WorldBusiness Capital, Inc. KOS maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə 7 mln ABŞ dolları məbləğində vəsaitin cəlb olunması üzrə müqavilə imzalamışdır;
  • Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Ticarətin Maliyyələşdirilməsi istiqamətində TuranBanka ayırdığı revolver kredit xəttinin həcmini 14 milyon ABŞ dollarına qədər artırmışdır;
  • TuranBank Bank im Bistum Essen eG-dən 3,5 mln. ABŞ dollarında vəsait cəlb etmişdir;
  • Bank ECO Ticarət və İnkişaf Bankı ilə KOS maliyyələşdirilməsi istiqamətində 3 mln ABŞ dollarında vəsaitin cəlb olunması istiqamətində ilkin razılıq əldə etmişdir;
  • TuranBank ilə İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə  5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə müqavilə imzalanmışdır.
  • TuranBank MDB və Baltik ölkələrində, həmçinin ABŞ, Böyük Britaniya, İsveçrə, Portuqaliya, Türkiyə, İsrail və Çin də daxil olmaqla dünyanın bir sıra ölkələrində fəaliyyət "Lider" beynəlxalq təcili pul köçürmə sistemi ilə əməkdaşlığa başlamışdır.

2013

  • TuranBankın səhmlərinin 7,45%-ni əldə edən ABŞ-da idarə olunan ShoreCap II Ltd. Fondu Bankın səhmdarları sırasına qatılmışdır. Yeni səhmdarımızın əsas fəaliyyəti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara, mikro maliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır; 
  • Bank IFC ilə Kiçik və Orta Sahibkarlıq (KOS) Bankçılığı layihəsi üzrə əməkdaşlığını davam etdirmişdir;
  • Bank USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) "Azərbaycanda Rəqabətqabiliyyətliliyi və Ticarətin inkişafı" layihəsi üzrə əməkdaşlığını davam etdirmişdir;
  • Bank Societte-Generale Bankı ilə 1 mln ABŞ dolları məbləğində vəsaitinin cəlb edilməsi üzrə müqavilə imzalamışdır;
  • Bank IFC ilə Ticarətin maliyyələşdirilməsi istiqamətində texniki dəstək layihəsi üzrə müqavilə imzalamışdır;

2012

  • TuranBank IFC ilə "Kiçik və Orta Sahibkarlıq Bankçılığı" layihəsi üzrə əməkdaşlığını davam etdirmişdir;
  • Bank USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) "Azərbaycanda Rəqabətqabiliyyətliliyinin və Ticarətin inkişafı" Layihəsi üzrə əməkdaşlığını davam etdirmişdir;
  • Bank ABŞ-ın FSVC (Maliyyə Xidmətləri üzrə Könüllülər Korpusu) təşkilatı ilə "texniki dəstək" layihəsi çərçivəsində "orta menecment"-in 4 əməkdaşını  ABŞ-ın 3 müxtəlif Bankında təcrübə mübadiləsinə göndərmişdir;
  • Bank USAID-in "Azərbaycanda Kənd təsərrüfatı kreditlərinin Təminatı" Layihəsinə qoşulmuşdur;
  • Bank "ICD"dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 3,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə müqavilə imzalamışdır;
  • Bank Societte-Generale Bankı ilə 1 mln. ABŞ dolları məbləğində vəsaitinin cəlb edilməsi üzrə müqavilə imzalamışdır;
  • Bank AMCHAM-a (Amerika-Azərbaycan Ticarət Palatası) üzv seçilmişdir;

 

2011

  • Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Risklərin İdarəedilməsi" Layihəsi üzrə əməkdaşlığa başlamışdır
  • Bank IFC ilə "Kiçik və Orta Sahibkarlıq Bankçılığı" layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalamışdır;
  • Bank IFC-in "Korporativ İdarəetmə" Layihəsini uğurla tamamlamışdır;
  • Bank USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) "Azərbaycanda Rəqabətqabiliyyətliliyinin və Ticarətin inkişafı" Layihəsi üzrə əməkdaşlığa başlamışdır;
  • Bank "IFC"dən Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank "ICD"dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 6 il müddətinə 3 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank Qara Dəniz Ticarət və İnkişaf Bankından Ticarətin Maliyyələşdirilməsi istiqamətində 1 il müddətinə 4 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank ABŞ-ın MicroVest təşkilatından 2,45 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank Almaniyanın Bank im Bistun maliyyə institutundan mikromaliyyə istiqamətində 3 il müddətinə 1,5 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank "Blizko" sürətli pul köçürmə sisteminə qoşulmuşdur; 

2010

  • Bank "texniki dəstək" layihəsi üzrə ABŞ-ın FSVC (Maliyyə Xidmətləri üzrə Könüllülər Korpusu) ilə 5 illik treninq, məsləhət sazişinə müvafiq "MİS" sahəsində ilk texniki yardım almışdır;
  • Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Risklərin İdarəedilməsi" Layihəsi üzrə müvəkkil bank seçilmişdir;
  • Bank IFC-in "Korporativ İdarəetmə" Layihəsi üzrə fəaliyyətini davam etdirmişdir;
  • Bank "ITFC"dən (Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiya)  ticarətin maliyyələşdirilməsi sahəsində 1,3 mln. ABŞ dolları məbləğində kredit xətti əldə etmişdir;
  • Bank "Allure" və "Zolotaya Korona" sürətli pul köçürmə sistemlərinə qoşulmuşdur;
  • Bank SAXO Bank Danimarka və BankAsiya Türkiyədə müxbir hesablar açmışdır;

2009

  • Bank Alman-Azərbaycan İqtisadi Birliyinə (DAWF) üzv seçilmişdir;
  • Bank WBC/OPIC (WorldBusinessCapital & Overseas Private Investment Corporation) ilə KOS maliyələşdirilməsi istiqamətində $7,5 mln məbləğində 10 illik kredit sazişi imzalamışdır;
  • Bank, "texniki dəstək" layihəsi üzrə ABŞ-ın FSVC (Maliyyə Xidmətləri üzrə Könüllülər Korpusu) ilə 5 illik treninq, məsləhət sazişi imzalamışdır;
  • Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Korporativ İdarəetmə" Layihəsi üzrə 2-ci fazada müvəkkil bank seçilmişdir;
  • Bank Kənd Təsərrüfatları Kreditləri üzrə Avrasiya Assosiasiyasına (EURACA) üzv seçilmişdir;
  • Bank ŞəkərBank, İş Bankası Türkiyə və CommerzBank Almaniyada müxbir hesablar açmışdır;

2008

  • Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə TuranBank arasında kiçik və orta sahiblkarlığın inkişafı istiqamətində $1 mln məbləğində 1 il güzəşt ili olmaqla ümumilikdə 6 illik kredit sazişi imzalanmışdır;
  • Bankın müxbir banklar siyahısına PrivatBank Ukrayna daxil edilmişdir;
  • Bank "Privat Money" sürətli pul köçürmə sisteminə qoşulmuşdur;
  • Bankın müxbir banklar siyahısına Deutsche Bank New York və Frankfurt daxil edilmişdir;
  • Bank Azərbaycan hökuməti və Kənd Təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond (IFAD və Dünya Bankı) arasında imzalanmış "Şimal Şərq Regionlarının İnkişafı Proqramı"na seçilmişdir;
  • Bank Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bank qurumu) arasında imzalanmış "Kənd təsərrüfatı sahəsinin inkişafı və kreditləşməsi" layihəsinə seçilmişdir;

2007

  • Bank Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonddan (Şimal-Şərq layihəsi), Beynəlxalq İnkişaf Assosiasiyasından (IDA) və İslam Korporasiyasından maliyyə resursları cəlb etmişdir;
  • Bank "Migom" MDB ölkələri və "Express Money" beynəlxalq sürətli pul köçürmələri ödəniş sisteminə üzv olmuşdur;
  • Bank Beynəlxalq İnkişaf Assosasiyası ilə Azərbaycan Höküməti arasında bağlanmış "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" üzrə ikinci layihə çərçivəsində agent bank seçilmişdir;

2006

  • Bankla Beynəlxalq Maliyyə Korporasiyası arasında Lizinq xidmətləri və korporativ idarəetmənin təkmilləşdirilməsi layihəsi üzrə memorandum imzalanmışdır;
  • Bank Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fonduna (AZPROMO) üzv olmuşdur.
  • Bank Xəzər İnteqrasiya Işgüzar Klubuna üzv seçilmişdir;
  • Bank Master Card Beynəlxalq plastik kartları ödəniş sisteminə üzv olmuşdur;
  • Bank "Bıstraya Poçta" MDB ölkələri və "Kontakt" beynəlxalq sürətli pul köçürmələri ödəniş sisteminə üzv olmuşdur;

2004

  • Bank Kənd Təssərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) ilə Azərbaycan Höküməti arasında bağlanmış "Dağlıq və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı" layihəsi üzrə tenderin ilk və yeganə agent bankı kimi qalib olmuşdur; 

2002

  • Bank "Western Union" beynəlxalq sürətli pul köçürmələri sisteminin üzvü olmuşdur.
  • Bank XÖHKS hesablaşmalar sisteminin tam hüquqlu üzvü olmuşdur;


2001

  • Bank S.W.I.F.T beynəlxalq banklararası maliyyə telekomunikasiya sisteminə üzv olmuşdur;

1998

  • Bank Avropa Birliyi Əməkdaşlıq Fondu (TACIS) tərəfindən ayrılan uzunmüddətli və aşağı faizli kreditlərin verilməsində vasitəçi bank seçilmişdir;
  • Bank "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankınln və "Az-İmpeks İnternational" Almaniya-Slovakiya-Azərbaycan birgə təşkilatının payçılarından birinə çevrilmişdir.
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta