"Zolotaya Korona" pul köçürmələri

“Zolotaya Korona” təcili pul köçürmələri sistemi – dünyanın 12 ölkəsinə ABŞ dolları və AVRO, habelə RF rublu ilə köçürmələr həyata keçirməyə imkan verən pul köçürmə sistemidir. Hazırda “Zolotaya Korona”  pul köçürmə sisteminin 12 dünya ölkəsi üzrə 40 000-dən artıq məntəqəsi fəaliyyət göstərir və anında pulu istənilən məsafəyə köçürməyə imkan verir.

“Zolotaya Korona” sistemi vasitəsilə pul köçürülməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlər və həyata keçirilmə şərtləri:

  • Sizin şəxsiyyətinizi təsdiq edən sənəd;
  • Bank tərəfindən təqdim olunan “Pulun göndərilməsi üçün” blankın doldurulması;
  • Köçürülən pulun nəzarətini həyata keçirən nömrənin alınması.

“Zolotaya Korona”  pul köçürmə sisteminin əhatə etdiyi ölkələr:

  • Azərbaycan
  • Belarusiya
  • Gürcüstan
  • Qırğızıstan
  • Moldaviya
  • Tacikistan
  • Özbəkistan
  • Rusiya
  • Ukrayna
  • Qazaxıstan
"Zolotaya Korona" təcili pul köçürmələr sistemi üzrə tariflər:
Komissiya haqqı

Rusiyaya - köçürmə məbləğinin 1%-i

MDB ölkələrinə - köçürmə məbləğinin 1,5%-i
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta