Tax Free

TAX FREE nədir? 

Tax Free - xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. Bu imkandan istifadə etmək üçün xüsusi TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edən şəxslər TAX FREE stikerləri olan mağazalarda aldıqları mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk etdikləri zaman, hava limanında geri ala bilirlər.
Məlumat üçün qeyd etmək istərdik ki, TAX FREE xidmətindən istifadə edərkən müştərilər bir çox narahatçılıqlarla üzləşirlər. 
1. Avropada səyahət zamanı ticarət obyektlərində ancaq müəyyən bir limit həcmində alış-veriş edildiyi zaman mağaza əməkdaşları tərəfindən taxfree bəyannamə forması yazılır. Müxtəlif ölkələrdə həmin limit müxtəlifdir. Məsələn, Çexiya Respublikasında 100 ABŞ Dolları məbləğində alış-veriş zamanı taxfree deklarasiyası yazılır.
2. Hava limanında TAX FREE xidmətini həyata keçirən operatorlar yüksək komisyon və əlavə olaraq konvertasiya komisyonu tuturlar ki, bu da müştərilərə sərfəli başa gəlmir. Nəticədə müştərilər qeyd olunan ƏDV faiz dərəcəsindən qat-qat az məbləğdə geri ödəniş əldə edirlər.
3. ƏDV-nin geri ödənişinin alınması zamanı müştərilər hava limanında növbələrdə həddən çox vaxt itirirlər.

TaxFree4U xidməti haqda məlumat
Yuxarıda sadalanan narahatçılıqları aradan qaldırılması məqsədilə TaxFree4U şirkəti Avropanın 5 ölkəsində (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya) alış-verişi sərfəli edən və ƏDV-nin qaytarılması üçün nəzərdə tutulmuş onlayn xidmət yaratmışdır. Bankımızın müştəriləri üçün təklif edəcəyi yeni xidmət növü TaxFree4U-nun vasitəçiliyi ilə ƏDV-nin qaytarılması prosesi bazarda mövcud olan digər analoqlarla müqayisədə daha asandır, bu isə alış-verişdən zövq almaq üçün müştərilərin ixtiyarında daha çox vaxt olması deməkdir. TaxFree4U Avropa Birliyinin qeyri-rezindentləri üçün ƏDV-nin tez bir zamanda qaytarılmasını təmin edən və xidmət üçün ən aşağı komisyon haqqına malik innovasion bir xidmət təklif edir. Bu xidmət vasitəsilə müştərilərimiz xərclədikləri məbləğin 19%-dək hissəsini geri alacaqlar. 

TaxFree4U-nin üstünlükləri:
1. TaxFree4U şirkəti müştərilərə Avropada ƏDV geri ödənişlərini həyata keçirən digər operatorlardan daha yüksək faiz qaytarır.
2. Müştərilər TaxFree4U şirkətinin təklif etdiyi xidməti istifadə etməklə Avropada səyahət zamanı ticarət obyektlərində ancaq müəyyən bir limit həcmində alış-veriş edildiyi zaman mağaza əməkdaşları tərəfindən taxfree bəyannamə forması yazılmasını gözləmədən qəbzlərini götürüb mağazanı tərk edirlər.
3. TaxFree4U bütün proseslərin həyata keçilirməsi üçün mobile application təqdim edir və müştərilər qəbzlərin şəkillərini çəkib TaxFree4U-nun mobile application-una yükləyirlər və bununla mağazada bəyannamə yazılmasını gözlənilməyə vaxt itirmirlər.
4. TaxFree4U-nun əməkdaşları sizin üçün bəyannamə hazırlayırlar və Sizə çatdırırlar. Çatdırılma 3 istiqamətdə həyata keçirilir və hansı istiqamətdə almaq istəyiniz müəyyənləşdirmək məqsədilə TaxFree4U əməkdaşları sizinlə əlaqə saxlayır.
  • Qaldığınız otelə çatdırıla bilər;
  • Kuryer vasitəsilə hava limanına çatdırıla bilər;
  • Hava limanlarında yerləşdirilmiş TaxFree4U terminallarında qəbzlərini çap edə bilmək üçün SMS vasitəsilə müştərilərə kod göndərilir;
5. TaxFree4U sizin ƏDV-nizi 48 saat ərzində kartınıza otuzdurur.

ƏDV-ni qaytarmaq üçün 6 sadə addım atmaq lazımdır:

Addım 1:

Öz mobil telefonlarına AppStore və yaxud GooglePlay-dən “taxfree4u” mobil əlavəni yükləmək;

    

Qeydiyyatdan keçən zaman Promokod kimi "Turanbank" sözünü əlavə etmək;

Addım 2:
Səfəri əlavə etmək

Səfəriniz haqda məlumatı daxil edin.

Addım 3:
Qəbzlərinizi əlavə edin

Sayt və ya mobil telefon üçün proqram vasitəsilə qəbzlərinizi öz profilinizə daxil edin.

Addım 4:
ƏDV-nin qaytarılması üçün doldurulmuş bəyannaməni almaq

Bəyannamə hazır olduqda TaxFree4U əməkdaşları telefon vasitəsilə sizə xəbər verəcək.

Addım 5:
Gömrük məntəqəsinin yaxınlığında bəyannaməni çap edib bizə göndərin

Doldurulmuş bəyannaməni gömrüyə təqdim edin və TaxFree4U-a göndərin.

Addım 6:
48 saat ərzində qaytarılan məbləği TaxFree kartına geri almaq

Alış-verişə xərclədiyiniz ƏDV-i (19%-dək) TaxFree və ya digər bank kartlarına geri qaytarılacaqdır.

Müştərilərə aşağıda qeyd olunan məlumatlara nəzər yetirmələri xahiş olunur:

1. Müştəri TaxFree4U xidmətinə qoşulmaq üçün TuranBank Müştəri Xidmətləri təmsilçisinə müraciət etməklə və ya AppStore və yaxud GooglePlay-dən “taxfree4u” mobil əlavəni yükləməklə qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyatdan keçən zaman Promokod kimi "Turanbank" sözünü əlavə etmək mütləqdir.

2. Hər bir müştəri 1 kartı qeydiyyatdan keçirə bilər.

3. Bu xidmət həm TuranBankın, həm də digər bankların kart sahibi olan müştərilərə təklif olunur.

4. Müştərilər 7/24 ərzində 0125107811 nömrəsinə zəng etməklə TaxFree4U ilə bağlı ətraflı məlumat ala bilərlər. Məlumat üçün qeyd etmək istərdik ki, həmin nömrəyə daxil olan zənglər TaxFree4U məlumat mərkəzinə yönləndiriləcəkdir.

5. TaxFree4U hal-hazırda ancaq Avropanın 5 ölkəsində (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya) alış-veriş edərkən ƏDV ödənişlərini geri qaytarır. 

6. Adı çəkilən xidmətlə bağlı ticarət obyektləri üzrə minimum alış-veriş limiti olmasa da, TaxFree4U xidmətinin göstərildiyi ölkələr üzrə minimum alış-veriş limiti mövcuddur. ƏDV-ni geri almaq üçün müştərilər ən azı ölkə limiti həcmində bazarlıq etməlidirlər. Təyin olunmuş limitlər ölkələr üzrə aşağıdakı kimidir:

  • Almaniya - 25 AVRO
  • İspaniya - 91 AVRO
  • İtaliya - 155 AVRO
  • Böyük Britaniya - 30 Funt Sterlinq
  • Fransa - 176 AVRO
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta