Təhlükəsizlik qaydaları

Plastik kartlardan təhlükəsiz istifadə qaydaları
 

Özünüzü və Bank kartınızı qeyri-qanuni hərəkətlərdən qorumaq məqsədilə aşağıda qeyd olunmuş təhlükəsizlik qaydalarına riayət etməyiniz tövsiyə olunur:

  • Bankomatlarda, POS-terminallarda və internet üzərindən aparılan əməliyyatlar haqqında məlumatın real vaxt rejimində istədiyiniz Azercell, Bakcell, Nar Mobile nömrəsinə SMS şəklində göndərilməsi üçün "SMS Notification" xidmətinə qoşulmağınız tövsiyə olunur;
  • Bank kartlarınızı nağd vəsaitiniz kimi qoruyub saxlayın;
  • Telemarketinq, lotereya, reklam aksiyalarında iştirak və ya digər məqsədlər üçün kartın 16 rəqəmli nömrəsini, arxa tərəfində olan 3 rəqəmli CVC kodunu, üzərində qeyd olunan bitmə tarixini və PİN kodu kənar şəxslərə verməyin;
  • PİN kodu kartın üzərinə yazmayın;
  • Kartı PİN zərflə bir yerdə saxlamayın və daşımayın;
  • PİN-kodu bankomata daxil etdikdə, digər şəxslərin görməsinə imkan verməyin;
  • Plastik kartınızın yararsız hala düşməməsi üçün mexaniki zədələrdən və güclü elektromaqnit dalğaların təsirindən qoruyun, mobil telefonun yanında saxlamayın;
  • Telefon vasitəsilə ictimai yerlərdə başqalarının eşidə biləcəyi yüksək səslə plastik kartınız haqqında məlumat verməyin;
  • Kartınızı kənar şəxslərə verməyin və onlara əməliyyat həyata keçirməyi həvalə etməyin;
  • Tanımadığınız insanlardan məsləhətləri nəzərə almayın. Çünki bu məsləhətlər fırıldaqçılıq məqsədi daşıya bilər;
  • Ödəniş kartından istifadə zamanı yaranan problemlərin həll edilməsi üçün kartın arxa tərəfindəki əlaqə nömrələri vasitəsilə Bankla əlaqə saxlamağınız və əlaqə nömrələrini mobil telefonunuzun yaddaşına qeyd etməyiniz tövsiyə olunur. Bankomatların ekranında olan məlumatlardan başqa, üzərinə hər hansı fiziki şəkildə yapışdırılmış nömrələrə kəsinliklə zəng etməyin;
  • Bankomat ətrafında şübhəli şəxs gördükdə əməliyyat etməyin;
  • Bankomatdan istifadə zamanı onun düzgün işləmədiyi aşkar edilərsə əməliyyatdan imtina edərək "Kartı Qaytar" düyməsini basın və kartı geri götürün. Bu halda Banka məlumat verməyiniz xahiş olunur;
  • Əməliyyat başa çatdıqdan və ya dayandırıldıqdan sonra bankomat ödəniş kartını geri qaytarmazsa, bankomatın yanından ayrılmadan Bank ilə əlaqə saxlamağınız, hər hansı səsli cavab verən bankomatlara kəsinliklə reaksiya verməməyiniz tövsiyə olunur;
  • Bankomatdan istifadə zamanı onun üzərində hər hansı şübhəli, qeyri-adi, kustar üsulla hazırlanmış əlavə cihaz və qurğular (videokamera, mikrofon, klaviatura və s.) aşkarlandıqda bankomatdan qətiyyən istifadə etməməyiniz və bu haqda Banka məlumat verməyiniz tövsiyə olunur;
  • Şübhə doğuran bankomatlarda, kart qəbulu məntəqələrində və internet səhifələrində əməliyyat həyata keçirməyin;
  • E-mail və ya telefon vasitəsilə kart məlumatları barədə informasiya istənilərsə qətiyyən cavab verməyin. Bu bir fırıldaqçılıq əməliyyatı ola bilər, çünki banklar müştərilərə bu növ sorğular göndərmirlər. Bu haqda Banka məlumat verməyiniz xahiş olunur;
  • Yaşayış və ya iş ünvanına hədiyyə olaraq plastik kart göndərildiyi halda Bankla əlaqə saxlayın;
  • Xidmətlərindən istifadə etdiyiniz internet səhifələrin həqiqiliyindən əmin olun, çünki fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsi məqsədilə oxşar səhifələr yaradıla bilər;
  • Təqdim etdiyi xidmətlər baxımından artıq tanınmış və təhlükəsiz hesab olunan təşkilatların internet səhifələrindən istifadə etməyiniz tövsiyə olunur;
  • İnternet üzərindən plastik kartlar vasitəsilə əməliyyatları şəxsi kompüter vasitəsilə həyata keçirməyə çalışın. Əks təqdirdə daxil edilən məlumatların silinməsinə diqqət edin;
  • İnternet şəbəkəsində ödənişlərin edilməsi üçün ayrıca plastik kart və ya internet kartı (debit və ya Virtual kart) əldə etməyiniz və bu kart hesabına ödənişlərin məbləğləri çərçivəsində vəsait mədaxil etməyiniz tövsiyə olunur;
  • İnternet əməliyyatları həyata keçirən zaman PİN kodu sayta qətiyyən daxil etməyin. PİN kod tələb edilən saytlarda əməliyyat aparmayın;
  • Ticarət və xidmət məntəqələrində ödəniş apararkən kartı qətiyyən nəzərdən qoymayın. Əməliyyatın kart sahibinin iştirakı ilə aparılmasını tələb edin;
  • POS-terminallardan başqa kənar cihazlar vasitəsi ilə kartın oxunmasına icazə verməyin;
  • Əməliyyatdan sonra kartın Sizə qaytarıldığında, əsl kartın qaytarılmasına əmin olun.
  • Kart vasitəsilə məhsul və xidmətlərin dəyəri ödənilərkən qəbzin verilməsini tələb edin. Qəbzin üzərində ödənişin məbləğinin və valyutasının olmasına diqqət yetirin;
  • Kartın üzərindəki 16 rəqəmli nömrəni, TuranBank ASC-nin müvafiq filialının və Azərikard PM-nin müştərilərə kömək xidmətinin telefon nömrələrini qeyd edib özündə saxlamağınız tövsiyə olunur;
  • Kart itirildikdə, yaxud oğurlandıqda dərhal Bankla və ya Azərikard PM ilə əlaqə saxlayın və kartı bağlatdırın. Kartın itdiyindən tam əmin deyilsinizsə bloklaşdırmağınız tövsiyə olunur;
  • Müntəzəm olaraq, TuranBank ASC-nin müvafiq filiallarından və bankomatlarından hesabdan çıxarışlar əldə etməklə kart hesabınıza nəzarət edin;
  • Xarici ölkələrə səfər edərkən, yüksək məbləğli əməliyyatların aparılması gözlənildikdə, imkan daxilində Bankın müvafiq filiallarına məlumat verin;
  • Rastlaşdığınız şübhəli hallar barədə Bankın müvafiq filiallarına məlumat verin;
  • Risk dərəcəsinə aid olan ölkələrdə əməliyyatlar apararkən xüsusilə diqqətli olun. Bu ölkələr sırasına aşağıdakı bölgələr aiddir: Afrika, Cənubi Amerika, Cənub-Şərqi Asiya (Tayland, Filippin), Şərqi Avropa (Ukrayna və s).


      Əlaqə nömrələri     :

      TuranBank ASC   Zəng Mərkəzi -  935
 
      Baş ofis  (12) 510-79-11/22   dax :127/156            

      Binəqədi filialı (12) 436-46-08/09

      Bakı filialı  (12) 493-54-69/72/75

      Nur filialı  (12) 520-10-71/72

      Nəsimi filialı  (12) 510-60-38/39

      Sahil filialı  (12) 539-85-02

      Yasamal filialı (12) 596-06-38/24

      Sumqayıt filialı  (12) 448-35-36; (018)-64-2-22-29

      Tovuz filialı  (2231) 5-62-11/5-06-11

      Ağstafa filialı  (2222) 5-30-02,5-35-95

      Zaqatala filalı  (2422) 5-57-65

      Xaçmaz filialı  (2332) 5-61-25/26

      Qazax şöbəsi  (2229) 5-56-71

      Azərikard MMC-nin  Zəng mərkəzi :(012) 598 43 76
                                                                 *2273
                                                                   194

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta