PIN Change

TuranBank bütün plastik kart müştərilərinə "Pin Change" xidmətini təqdim edir. İndi TuranBankın plastik kart müştəriləri "Pin Change"xidmətinin köməyi ilə öz plastik kartlarının mövcud Şəxsi Eyniləşmə Nömrəsini (PIN kodu) istədikləri kod ilə dəyişə biləcək.

Bu xidmət həm də müştərinin bir neçə plastik kartı olduğu zaman faydalı olur, çünki bütün plastik kartların müxtəlif PIN kodlarını yadda saxlamaq bir qədər çətin olur. Müştəri PİN kodunu Banka gəlmədən şəxsən özü, sutkanın istənilən vaxtı TuranBankın istənilən bankomatında dəyişə bilər. PİN kodu dəyişmək üçün sadəcə bankomatın menyusunda aşağıdakı əməliyyatları seçmək kifayətdir:

  • Bankomatın menyusunda "ÖDƏMƏLƏR" bölməsini seçirsiniz;

  • Bundan sonra açılan pəncərədən "XİDMƏTLƏR" bölməsini seçirsiniz;

  • "XİDMƏTLƏR" menyusunda «PIN Change» xidmətini seçirsiniz;

  • Çıxan pəncərədə öz yeni 4 rəqəmli PİN kodunuzu daxil edirsiniz;

  • Növbəti pəncərədə öz yeni PİN kodunuzu təsdiq edirsiniz.


PİN kodu dəyişmək imkanı məhdudiyyətsizdir. PİN kodu yeniləyərkən təhlükəsizlik baxımından təkrarlanan və ya ardıcıl olan rəqəmləri seçmək və ya bir neçə kart olduğu halda bütün kartlara eyni kodu tətbiq etmək tövsiyə olunmur.  

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta