Mobil Bank

Mobil Bank xidməti

"Mobil Bank" xidməti mobil telefon vasitəsilə kart hesabının idarə olunması sistemidir. Bu xidmət vasitəsilə Siz, banka müraciət etmədən, yerləşdiyiniz yerdən və vaxtdan asılı olmayaraq, istənilən mobil operator nömrəsindən, SİM kartı dəyişmədən real vaxt rejimində aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

  • Kommunal xidmətlərin ödəniş;
    • BES
    • SES

  • Mobil operator xidmətlərinin ödənişi;
    • NarMobile
    • Azerfon-Vodafone
    • Azercell SimSim
    • Azercell Invoice
    • Azercell Roaming
    • Bakcell

  • İnternet provayderlər xidmətlərinin ödənişi;
    • Elcell
    • Azeronline ADSL
    • Alfanet ADSL
    • Connect

  • Pulun kartdan karta köçürülməsi (Card to Card);
  • Kartın bloklanması;
  • Cash by Code; 
  • Hesabdan çıxarışın alınması;
  • Kartın balansı haqqında informasiyanın alınması.

Mobil Bank xidmətinə qoşulma qaydaları aşağıdakı kimi həyata keçirilir:

  • Plastik kartınızı ATM-ə daxil edin;
  • Əsas menyuda "Xidmətlər" bölməsini seçin;
  • "Xidmətlər" menyusunda "MobilBank qeydiyyat" bölməsini seçin;
  • Bundan sonra ATM-dən seriya nömrəsi və komponentlər olan çek çap olunur;
  • Sonra mobil telefonunuzda www.azericard.com saytına daxil olub, "Yeni Mobil Bank" bölməsinə girmək, çıxan bankların sıyahısından TuranBankı seçmək və telefonlar üzrə uyğun linkə daxil olaraq midleti telefona yükləmək lazımdır:
  • (JAVA: MIDP-2.0 versiyası üçün)

www.azericard.com/mb/turanbank.jad

  • (JAVA BIS, yəni yalnız BBM-ə qoşulmuş Blackberry telefonları versiyası üçün)

www.azericard.com/mb/bis/turanbank.jad

  • Android telefonları versiyası üçün 

https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobilTUR.app

  • IOS versiyası üçün

https://itunes.apple.com/az/app/turanbank-mobilbank/id642396879?mt=8

  • Midlet yükləndikdən sonra, xidməti aktivləşdirmək üçün, ATM-dən çap olunmuş seriya nömrəsini və komponentləri ardıcıl daxil etmək lazımdır;
  • Seriya nömrəsini və komponentləri daxil etdikdən sonra Midlet üçün PİN kod yaratmaq lazımdır. PİN kodu 2 dəfə daxil edin.

Qeyd: Midlet üçün yaradılan PİN-kod plastik kartın PİN-koduna aid deyil və sadəcə midletlə işləmək üçün lazımdır.

  • Sonra menyunun dilini seçib midletlə işə başlamaq olar.

Mobil Bank xidmətindən istifadə müqabilində 1 ay üçün 1 AZN nəzərdə tutulur. Həmin vəsait Plastik kart hesabından hər ay avtomatik olaraq tutulur. Xidməti dayandırmaq istəsəniz Bankın Baş ofisinə və filiallarına  müraciət edə bilərsiniz.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta