Şəkilli kartlar

TuranBank Sizə yeni "Şəkilli Kartlar" plastik kart məhsulunu təqdim edir. "Şəkilli Kartlar" plastik kart məhsulu çərçivəsində Siz istədiyiniz şəkli seçirsiniz, biz isə seçdiyiniz şəkli plastik kart üzərinə həkk edərək Sizin unikal, təkrarolunmaz plastik kartınızı hazırlayırıq.

Şəkilli Kartların üzərində uşaqlarınızın, ailə üzvlərinizin, yaxınlarınızın, əzizlərinizin rəsmlərini, həyatınızın xoş anlarını və xatirələrini əks etdirən şəkilləri və ya xoşunuza gələn mənzərə şəkillərini yerləşdirə bilərsiniz.

Şəkilli kartlar həm debet, həm də kredit kartları kimi təqdim olunur. Müştərilərin istəyindən asılı olaraq "şəkilllər" MC Standard və Cirrus Maestro kartlarının üzərinə vurula bilər, bir sözlə "Şəkilli Kartlar MC Standard və Cirrus Maestro kartlarının bütün xüsusiyyətlərini özündə birləşdirir. Beləki, bu kartlar vasitəsilə Siz, bankomatdan nağd pul çıxara, istər ölkədaxili və istərsə də 200-dən artıq xarici ölkənin otel və alış-veriş mərkəzlərində POS-terminal vasitəsilə nağdsiz və faizsiz ödənişlər, kommunal xidmətlər üçün, mobil telefon operatorlarına, kabel televiziyalarına, internet provayderlərinə ödənişlər, internet üzərindən alış-veriş, "Cash by Code", "ATM SMS Notification enrollment" (ATM vasitəsilə SMS məlumatlandırma), "Card to Card", Mobil Bankçılıq xidmətlərini həyata keçirə bilərsiniz.

Siz "Şəkilli kartlar" üçün müxtəlif mövzularda olan şəkilləri aşağıdakı kataloqdan seçə bilərsiniz. Bu şəkillərdən başqa, istədiyiniz şəkli karta yerləşdirmək istəyirsinizsə, aşağıdakı parametrlər çərçivəsində imagecards@turanbank.az elektron ünvanına göndərə və ya birbaşa TuranBankın baş ofisinə və istənilən filialına təqdim edə bilərsiniz:

  • Minimum 1024x768 piksel;
  • Resolution dəyəri 300 dpi;
  • JPEG (.jpg, .jpeg), PNG, Bmp formatında; 
  • Həcmi minimum 1 MB olmalıdır.

Plastik kartların üzərinə şəkillərin həkk olunması üçün heç bir komisyon tutulmur. Şəkilli kartların tarifləri və hazırlanma müddəti Bankın mövcud MC Standard və Cirrus Maestro kartlarının tarifləri və hazırlanma müddəti ilə eynidir.

   Şəkilli kartlar" məhsulu üçün təqdim olunan şəkillər üzrə qadağalar siyahısı:

  • Siyasi, dini, ibadət şüarları və simvolları (bayraqlar, gerblər, himnlər, hakimiyyətin və dinin digər simvolları);
  • Müəllif hüquqlarının şamil olunduğu, o cümlədən, internet daxil olmaqla açıq və ya qapalı mənbələrdən alınmış materiallar;
  • Reklam materialları, əmtəə (xidmət) nişanları, şirkətlərin adları və loqotipləri, habelə əmtəə (xidmət) nişanlarının əks olunduğu mallar və xidmətlər;
  • Alkoqollu və spirt tərkibli məhsulların hər-hansı təsvirləri, habelə siqaretlər, siqaralar, tənbəki çubuqları, kartlar, zərlər, rulektalar, oyun avtomatları, totalizatorlar və qumar oyunlarının digər atributları;
  • Bütün növ silahların, hərbi sursatların, hərbi geyim formalarının, hərbi texnikasının təsvirləri;
  • Mədəni, dini, ictimai dəyərlərə zidd olan materiallar;
  • Seksual xarakterli materiallar;
  • Zorakılığı və qəddarlığı təbliğ edən materiallar;
  • Bank və/və ya Master Card beynəlxalq ödəniş sistemi tərəfindən kartda yerləşdirmək üçün yolverilməz  hesab olunmuş digər təsvirlər.

                                                                                          

 

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta