Hədiyyə kartları

Təsəvvür edin yaxın dostunuz, qohumunuz və ya biznes partnyorunuz Sizi hər hansı şənliyə dəvət edib. Həmişə olduğu kimi hədiyyə seçmək qlobal bir problemə çevrilib? - Artıq elə bir problem Sizi narahat etməyəcək. TuranBankın "Hədiyyə Kartları" istənilən bayrama, ad gününə və ya şənliyə əvəzolunmaz hədiyyədir.

Bankımızın "Hədiyyə Kartları" xüsusi qablaşdırılma formasında təqdim olunur. Bu qablaşdırmaya xüsusi hazırlanmış hədiyyə paketi, kart üçün futlyar və kartın məbləğini təsdiq edən birka daxildir. "Hədiyyə Kartının" qablaşdırma ilə qiyməti 50 AZN-dir. Müştəri qablaşdırmadan imtina edib, yalnız plastik kartı istəyərsə kartın dəyəri 25 AZN olur. Müştəri istəyindən asılı olaraq kartların üzərinə qadağalar siyahısından kənar istənilən şəkil vurula bilər. Kart hədiyyə kimi nəzərdə tutulduğundan kartın üzərində heç bir ad olmur. Kart üzərində məsuliyyəti kartı sifariş verən (hədiyyə vermək istəyən) adam daşıyır. Kartı alan adam istənilən məbləği karta mədaxil edərək dostuna, qohumuna və ya biznes partnyoruna hədiyyə verə bilər. Kartın sahibi istədiyi zaman kartın balansına yenidən pul mədaxil edə bilər. 

"Hədiyyə Kartları" debet kartları kimi təqdim olunur və Cirrus Maestro kartlarının bütün xüsusiyyətlərini özündə birləşdirir. Beləki, bu kartlar vasitəsilə Siz, bankomatdan nağd pul çıxara, istər ölkədaxili və istərsə də 200-dən artıq xarici ölkənin otel və alış-veriş mərkəzlərində POS-terminal vasitəsilə nağdsiz və faizsiz ödənişlər, kommunal xidmətlər üçün, mobil telefon operatorlarına, kabel televiziyalarına, internet provayderlərinə ödənişlər, internet üzərindən alış-veriş, "Cash by Code", "ATM SMS Notification enrollment" (ATM vasitəsilə SMS məlumatlandırma), "Card to Card", Mobil Bankçılıq xidmətlərini həyata keçirə bilərsiniz.

Köhnəlikdən əl çəkin! Pullarınızı artıq kağız zərfdə yox, TuranBankın "Hədiyyə Kartları"vasitəsilə hədiyyə verin!

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta