Cash by Code

TuranBankın plastik kart müştəriləri ölkə daxili bankomatlar vasitəsilə Azərbaycanın istənilən nöqtəsində yerləşən Azərikart Prosessinq Mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarına manat, ABŞ dolları və Avro ilə, həmçinin Rusiya Federasiyasına ABB-Moskvanın bankomat şəbəkəsinə rus rublu ilə pul köçürə bilərlər. Bu xidmət sutkanın istənilən vaxtında xüsusi kod vasitəsilə həyata keçirilir. TuranBank müştəriləri kod vasitəsilə pul köçürülmə xidmətindən həmçinin Rusiya Federasiyasından Azərbaycana pul köçürərkən də istifadə edə bilərlər. Əməliyyat aşağıdakı ardıcılliqla həyata keçirilir:

  • ATM vasitəsilə plastik kartını daxil edərək müvafiq dili seçin;
  • Dili seçdikdın sonra Pİn kodu daxil edin;
  • Əsas menyuda Cash by Code düyməsini seçin;
  • Sonra Cash by Code bölməsində Pulu göndırmək bölməsini seçin;
  • Pulu göndərmək istədiyiniz şəxsin mobil nömrəsini 2 dəfə daxil edin;
  • Valyutanın növünü seçirsiz;
  • Göndərmək istədiyiniz məbləği daxil edirsiniz və təsdiq edirsiniz;

    Sistem iki hissədən ibarət kod yaradaraq, birini SMS vasitəsilə pulu alan şəxsin mobil nömrəsinə göndərir, digərini isə ATM vasitəsilə çek şəklində çap edir. Kodun birinci hissəsini müştəri istədiyi şəkildə pulu alan şəxsə çatdıra bilər. Bu kod yalnız 24 saat aktiv olur.

Pulu alan şəxs ATM-ə yaxınlaşıb, "CASH BY CODE" bölməsini seçərək, müvafiq dili seçir. Pulu göndərən şəxsdən əldə etdiyi kodun birinci hissəsi ilə mobil nömrəsinə gələn SMS-də olan kodun ikinci hissəsini birlikdə daxil edir. Nağd pulun göndərildiyi valyutanı seçir. Məbləği daxil edərək, nağd pulu ATM-dən götürür.

 

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta