3D Secure

TuranBank kart müştərilərinə İnternetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün 3D Secure xidmətini təklif edir. 3D Secure texnologiyasını tətbiqi, internet saytlarında dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir və internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumağa imkan verir. Belə ki, 3D Secure texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatda (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq mütləqdir).

3D Secure proqramında qeydiyyatdan www.azericard.com/3d saytı vasitəsilə keçmək mümkündür. 3D Secure parolunun qeydiyyatı pulsuzdur.

3D Secure texnalogiyası haqda daha ətrflı məlumat

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta