Plastik kartlar

TuranBank 2003-cü ildən etibarən müştərilərə öz plastik kart məhsullarını və onlarla bağlı xidmətləri  təqdim edir. Bankımız MasterCard beynəlxalq ödəniş sisteminin üzvüdür.  Bankda MasterCard ödəniş sisteminin fiziki şəxslər üçün nəzərdə tutulmuş debet və kredit kartları satış məhsulları kimi çıxış edir. MasterCard ödəniş sisteminin 3 növ məhsulları satılır:

  • MasterCard Maestro/Cirrus
  • MasterCard Standard
  • MasterCard Gold

Müştəri əldə etdiyi kartın xidmət miqyasına müvafiq olaraq bu kart vasitəsilə mal, iş və xidmətlərə görə POS terminallar vasitəsilə nağdsiz ödənişlərin həyata keçirilməsi, habelə ATM-lərdən nağd vəsait əldə etmək imkanına malik olur.

Cirrus Maestro

Tələbli əmanətlər üçün verildikdə

  •  Satış qiyməti: 15 AZN (1 illik)
  • Satış qiyməti: 25 AZN (2 illik)

 Əmək haqqı kartları qismində verildikdə

  • Satış qiyməti: 10 AZN (1 illik)
  • Satış qiyməti: 15 AZN (2 illik)
  • Satış qiyməti: 25 AZN (3 illik)
  • Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi
  • Sifariş 1 gün ərzində hazırlanır.

MasterCard Standard

  • Satış qiyməti: 20 AZN (1 illik)
  • Satış qiyməti: 30 AZN (2 illik)
  • Satış qiyməti: 40 AZN (3 illik)
  • Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi
  • Sifariş 1 gün ərzində hazırlanır.

MasterCard Gold

  • Satış qiyməti: 30 AZN (1 illik)
  • Satış qiyməti: 40 AZN (2 illik)
  • Satış qiyməti: 50 AZN (3 illik)
  • Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi
  • Sifariş 1 gün ərzində hazırlanır.

Təcili sifariş

Plastik kart qısa müddət ərzində lazım olduğu təqdirdə təcili sifariş etmək mümkündür. Sifariş 3 saat ərzində hazırlanır. Sifarişin qiyməti 10 manat təşkil edir.

 

“TuranBank”ın plastik kartlarını əldə edərkən  əlavə olaraq aşağıdakı xidmətlərdən də faydalana bilərsiniz:

 Riteyl tipli əməliyyatlar

  • İstər ölkədaxili və istərsə də 200-dən artıq xarici ölkənin otel və alış-veriş mərkəzlərində nəğdsiz ödəniş həyata keçirmə imkanı.

Azərcell və Bakcell ödənişləri

  • ATM vasitəsi ilə Azərcell və Bakcell mobil telefon operatorlarına ödənişlərin həyata keçirməsi imkanı.

Komunal xidmətlər üzrə ödənişlər

  • Kart vasitəsi ilə ATM-də elektrik enerjisi haqqını ödəmək imkanı.

İnternet üzərindən alış-veriş

  • İnternet mağazalarda MC Gold və MC Standart kart vasitəsilə ödənişləri həyata keçirmək imkanı.

İnternet üzərindən aşağıda sadalanan ödənişlərin aparılması:

      Kommunal xərclər

  • Bakı Elektrik Şəbəkəsinə ödənişlər
  • Azəriqaz ödənişləri
  • Azərsu ödənişləri

     

      Mobil operatorlara ödənişlər

  • Azercell
  • Bakcell
  • Nar Mobile
  • Azerfon – Vodafone
  • Fonex

     

     İnternet provayderlərə ödənişlər

  • ADAnet
  • Avirtell
  • AZDATACOM
  • Azstarnet
  • Bakinternet
  • Connect
  • Provayder.az
  • Azeronline
  • Hotnet
  • AiləNet
  • EUROSEL
  • Elcell
  • Alfanet
  • ULTEL
  • SAZZ
  • Uninet Stream
  • SuperOnline
  • AzEuroTel

     

    Ev telefon danışıqlarının və aylıq abunə haqqlarının ödənişi

  • Aztelecom-BTRIB
  • CATEL
  • AzEuroTel
  • AZTRANK
  • ULTEL

     

    Kabel televiziyası üçün aylıq abunə haqqlarının ödənişi

  • KATV
  • B&B TV
  • Connect TV
  • Digiturk
  • Ailə TV

     

   Onlayn bank ödənişləri xidməti

  • TuranBank və digər bank kreditlərinin ödənişi

 

   Sığorta haqqlarının ödənişi

  • AzSığorta
  • AXA-MBASK
  • Azərbaycan Sənaye Sığorta
  • Beynəlxalq Sığorta Şirkəti
  • Alfa İnsurance
  • A-Group İnsurance
  • Xalq Sığorta

     

    Xeyriyyəçilik

  • Leykemiya ilə mübarizə ictimai birliyi
  • SOS uşaq kəndləri
  • Woman's Forum
  • Qızıl Aypara Cəmiyyəti
  • Uşaqların Xoşbəxt Gələcəyi

     

    TQDK xidmətləri

  • TQDK - "Ödəmə kart"larının elektron alışı
  • TQDK-nın nəşrlərinin elektron alışı

Card to Card əməliyyatı (kartdan karta pul köçürmə)

Bizim kartlar vasitəsilə Siz, AZƏRİCARD Prosessinq Mərkəzinə üzv olan istənilən bankın kartlarına ATM vasitəsilə pul köçürə bilərsiniz. Əməliyyat aşağıdakı ardıcıllıqla həyata keçirilir;

  • Kartınızı daxil edin və PIN kodunuzu yığın;
  • Menyuda əməliyyatın dilini seçin;
  • Növbəti açılan menyudan isə "Ödəmələr" bölməsini seçin;
  • "Ödəmələr" bölməsində  "Card to card" düyməsini seçin;
  • Açılan menyuda pul köçürəcəyiniz kartın üzərindəki 16 rəqəmli nömrəni daxil 2 dəfə edin;
  • Valyutanı və köçürmək istədiyiniz məbləği daxil edin;
  • "Təsdiq et" düyməsi ilə əməliyyatı təsdiq edin.

 “ATM SMS Notification enrollment” (ATM vasitəsiylə SMS məlumatlandırma) xidmətindən  istifadə ardıcıllığı

"ATM SMS Notification enrollment - "SMS məlumatlandırma" xidmətindən  istifadə bankomatlarda, POS-terminallarda və internet vasitəsi ilə aparılan əməliyyatlar haqqında məlumatın real vaxt rejimində kart sahibinin istədiyi Azercell, Bakcell, Nar Mobile nömrəsinə SMS şəklində göndərilməsi imkanı verir. Əməliyyatın aktivləşdirilməsi üçün Siz "TuranBank"ın istənilən filialına müraciət edə bilərsiniz və ya ATM vasitəsilə aşağıdakı ardıcılıqla həyata keçirə bilərsiniz:

  • Kartınızı daxil edin və "Ödəmələr" bölməsini seçin;
  • "Ödəmələr" bölməsində "Xidmət" düyməsini seçin;
  • Sonra "SMS Notification" düyməsini seçin;
  • SMS-i yönəltmək istədiyiniz telefon nömrəsini 2 dəfə daxil edin;
  • Nömrə daxil edildikdən sonra "Təsdiq et" düyməsini seçin;
  • Əməliyyatın uğurla keçdiyinin təsdiqi SMS vasitəsilə qeyd etdiyiniz telefon nömrəsinə göndəriləcək;
  • Xidmətdən imtina etmək istərsəniz, sadəcə olaraq Bankımıza müraciət edə bilərsiniz.

 

Cash by Code xidməti

TuranBankın plastik kart müştəriləri ölkə daxili bankomatlar vasitəsilə Azərbaycanın istənilən nöqtəsində yerləşən Azərikart Prosessinq Mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarına manat, ABŞ dolları və Avro ilə, həmçinin Rusiya Federasiyasına ABB-Moskvanın bankomat şəbəkəsinə rus rublu ilə pul köçürə bilərlər. Bu xidmət sutkanın istənilən vaxtında xüsusi kod vasitəsilə həyata keçirilir. TuranBank müştəriləri kod vasitəsilə pul köçürülmə xidmətindən həmçinin Rusiya Federasiyasından Azərbaycana pul köçürərkən də istifadə edə bilərlər. Əməliyyat aşağıdakı ardıcılliqla həyata keçirilir:

  • ATM vasitəsilə plastik kartını daxil edərək müvafiq dili seçin;
  • Dili seçdikdın sonra Pİn kodu daxil edin;
  • Əsas menyuda Cash by Code düyməsini seçin;
  • Sonra Cash by Code bölməsində Pulu göndırmək bölməsini seçin;
  • Pulu göndərmək istədiyiniz şəxsin mobil nömrəsini 2 dəfə daxil edin;
  • Valyutanın növünü seçirsiz;
  • Göndərmək istədiyiniz məbləği daxil edirsiniz və təsdiq edirsiniz;

Sistem iki hissədən ibarət kod yaradaraq, birini SMS vasitəsilə pulu alan şəxsin mobil nömrəsinə göndərir, digərini isə ATM vasitəsilə çek şəklində çap edir. Kodun birinci hissəsini müştəri istədiyi şəkildə pulu alan şəxsə çatdıra bilər. Bu kod yalnız 24 saat aktiv olur.

Pulu alan şəxs ATM-ə yaxınlaşıb, "CASH BY CODE" bölməsini seçərək, müvafiq dili seçir. Pulu göndərən şəxsdən əldə etdiyi kodun birinci hissəsi ilə mobil nömrəsinə gələn SMS-də olan kodun ikinci hissəsini birlikdə daxil edir. Nağd pulun göndərildiyi valyutanı seçir. Məbləği daxil edərək, nağd pulu ATM-dən götürür.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta