"MilliÖn" Ödəmə Nöqtələrində kredit ödənişləri

Artıq TuranBankın kredit müştəriləri sutkanın istənilən vaxtı, banka gəlmədən öz kredit ödənişlərini həyata keçirə biləcək. Bu, TuranBankın "MilliÖN" ödəniş sisteminə qoşulması nəticəsində mümkün olmuşdur. Bu layihəni həyata keçirməkdə Bankın əsas məqsədi öz müştərilərinin rahatlığının qeydinə qalmaqdır. Çünki, iş vaxtı hamının banka gələrək kredit ödənişi etmək imkanı olmur. İndi isə TuranBankın müştəriləri öz kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində yerləşdirilmiş 1000-dən artıq "MilliÖN" Ödəmə Nöqtələrinin köməyi ilə həyata keçirəcəklər.

Kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə Banka yaxınlaşaraq "kredit İD" kodlarını almalıdırlar. "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinın həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir:

  • Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir;
  • Növbəti açılan pəncərədən "TuranBank" seçilir;
  • Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir;
  • "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır;
  • Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur.

Terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur. Ödənişlər real vaxt rejimində həyata keçirilir. İş saatlarından kənar, istirahət və bayram günləri edilən ödənişlərin silinməsi növbəti iş günü həyata keçirilir. 

"MilliÖN" Ödəmə Nöqtələri  Bakı şəhəri və Azərbaycanın digər şəhərləri üzrə müxtəlif ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə vağzallarda və hava limanında yerləşdirilib. Daha dəqiq siyahını bu linkə daxil olaraq əldə edə bilərsiniz.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta