Kredit kartları

Kredit katrları üzrə şərtlər
Kreditin maksimum məbləği Kreditin təminatından asılı olaraq müəyyən olunur 
Kreditin maksimum müddəti12 ay
Kredit üzrə faiz dərəcəsi
  • Kredit kartı üzrə istifadə olunan məbləğə ilk 30 gün ərzində faiz hesablanmır;
  • 31-ci gündən 120-ci günədək illik 20%;
  • 121-ci gündən etibarən illik 26%-lə hesablanır. 

Qeyd: Kredit kartı üzrə istifadə olunan məbləğ 30 gün ərzində geri qaytarılarsa ona faiz hesablanmır.

Kreditin təminatı
  • Girov təminatı qızıl-zinyət əşyaları olduqda onların lom qiyməti əsas götürülməklə verilən kredit kartı üzrə təminat səviyyəsi 130% təşkil etməlidir. Bu girov təminatı ilə verilə bilən kredit kartının maksimum məbləği 5 000 AZN / 6 000 USD təşkil edə bilər.   
  • Təminat olaraq ödəmə qabiliyyətli fiziki şəxslərin zaminliyi olduqda:
    • 1 ödəmə qabiliyyətli fiziki şəxsin zaminliyi ilə maksimum 1 000 AZN / 1 250 USD;
    • 2 ödəmə qabiliyyətli fiziki şəxsin zaminliyi ilə maksimum 2 000 AZN / 2 500 USD məbləğində kredit kartı verilə bilər.
  • Daşınmaz əmlakın təminatı ilə kredit kartları orta və iri həcmli istehlak kreditləri məhsulu çərçivəsində verilə bilər. Bu halda girov qoyulan əmlakın kredit kartı üzrə öhdəliyin də təminatı kimi çıxış etməsi şərtilə müştəriyə veriləcək kreditin maksimum 5 %-dək kredit kartı verilir.
Ödəniş növü

Faiz borcu hər ay, kredit borcu isə maksimum müqavilə müddətinin sonunadək ödənilməlidir.

Aylıq gəlirə tələbKredit və faiz borcu üzrə 1 aylıq ödəniş müştərinin, habelə zaminlərin aylıq xaliş gəlirlərinin ayrı-ayrılıqda 60% - dən çox olmamalıdır.

Qeyd: Aylıq xalis gəlir dedikdə ştat üzrə əmək haqqından gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar çıxıldıqdan sonra qalan gəlir nəzərdə tutulur.

Sığorta
  1. Girov qızıl zinyət əşyaları və pul vəsaiti olduqda borcalanın həyat sığortası həyata keçirilmir.
  2. Təminat olaraq ödəmə qabiliyyətli fiziki şəxslərin zaminliyi olduqda verilən kredit kartının məbləği həcmində borcalanın həyat sığortası həyata keçirilir.
    Qeyd : Sığortanın qüvvədəolma müddəti kreditin qüvvədə olma müddətindən az olmamalıdır.
  3. Girov daşınmaz əmlak olduqda tam dəyəri həcmində sığortalanır.
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta