Kassa-hesablaşma xidmətləri

TuranBankda manat və xarici valyutalarda hesablar açarkən Siz aşağıdakı xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi imkanı əldə edirsiniz: 

  • S.W.I.F.T., AZIPS, XÖHKS elektron ödəniş sistemləri vasitəsilə istər respublikadaxili, istərsə də beynəlxalq pul köçürmələrinin tez bir zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi;
  • Nağd pul vəsaitlərinin mədaxili və məxarici;
  • Hesabda olan pul vəsaitlərinin konvertasiya edilməsi;
  • Hesab vasitəsilə aparılmış əməliyyatlara nəzarət edilməsi;
  • Hesab üzrə aparılan əməliyyatlar haqqında arayış və çıxarışların verilməsi;
  • Müştərinin hesablarına köçürülmüş pul vəsaitləri haqqında məlumatların verilməsi;
  • Kassa-hesabat əməliyyatlarının aparılması haqqında məsləhətlər.

 Manatla və xarici valyutalarda hesabların açılması üçün zəruri olan sənədlər:

  • Hesabın açılması üçün ərizə (hər bir hesab növü üçün 1 nüsxə);
  • İmza nümunələri (1 nüsxə);
  • Şəxsiyyəti təsdiq edən sənəd.

Əgər Siz sahibkarlıq fəaliyyəti  ilə məşğul olursunuzsa əlavə olaraq aşağıda göstərilən sənəd də təqdim edilməlidir:

  • Azərbaycan Respublikası Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər bir hesab növü üçün 1 nüsxə).
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta