eManat terminalları vasitəsilə kredit ödənişləri

Müştərilər günün istənilən vaxtı eManat ödəniş terminalları vasitəsilə TuranBankın krediti üzrə borcunu ödəyə və debet kart hesabına vəsait mədaxil edə bilərlər. Bunun üçün Bankın təqdim etdiyi müştəri nömrəniz lazım olacaq.

TuranBankın krediti üzrə borcunuzu aşağıdakı ardıcıllığı izləyərək ödəyə bilərsiniz:

  • Terminalın ekranından “Bank və Sığorta” bölməsini seçin;
  • Növbəti açılan pəncərədən “TuranBank”ı seçin;
  • Növbəti açılan pəncərədə "TuranBank kredit" bölməsini seçin;
  • Sonra ödəniş etmək üçün müştəri nömrənizi daxil edin;
  • Ödəniş edəcəyiniz krediti seçin;
  • Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq edin;
  • Daha sonra isə ödəyəcəyiniz məbləği daxil edin;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.

 

TuranBankdakı debet kart hesabına vəsaiti aşağıdakı ardıcıllığı izləyərək mədaxil edə bilərsiniz:

  • Terminalın ekranından “Bank və Sığorta” bölməsini seçin;
  • Növbəti açılan pəncərədən “TuranBank”ı seçin;
  • Növbəti açılan pəncərədə "TuranBank debet" bölməsini seçin;
  • Sonra hesabına vəsait daxil edəcəyiniz debet kartın son dörd nömrəsini daxil edin;
  • Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq edin;
  • Daha sonra isə mədaxil edəcəyiniz məbləği daxil edin;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta