Vakansiyalar

Filial direktoru

Şəhər: Bakı və regionlar üzrə 

Yaş həddi: 27-40

Təhsil: Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)

Əmək haqqı məbləği: 1700 - 1800 AZN 

      Namizədə tələblər:

  1. Məsuliyyətli, ünsiyyətcil və etikalı olmalı;
  2. Müşahidə aparma və faktları müəyyən etmə bacarığı olmalı;
  3. Liderlik və komanda ilə işləmə, filial daxilində ona verilmiş səlahiyyət çərçivəsində qərar qəbul etmə qabiliyyəti olmalı;
  4. Filiala müştəri cəlb etmə bacarığı olmalı;
  5. Kredit portfelinə nəzarət etmə və idarəetmə qabiliyyəti olmalı;
  6. Mərkəzi Bankın və AMBN Palatasının bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olmalı;
  7. Müştərilərlə işləmə və Müştərilərin/ Müəssisələrin maliyyə vəziyyətini analiz etmə qabiliyyəti olmalı;
  8. Yüksək darəcədə analitik, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti olmalı;
  9. Filialın  işlərini planlaşdırma və  problemləri yerində həll etmə bacarığı olmalı;
  10. Filial müdiri kimi bank sektorunda ən azı 4 illik iş təcrübəsi olmalı;
  11. Azərbaycan, rus dilində sərbəst danışmalı;

     

Vəzifə təlimatları:

  1. Filiala verilmiş lisenziyaya uyğun bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
  2. Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
  3. Filiala  etibar edilmiş maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
  4. Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və baş idarəyə vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
  5. Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların  açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil etmək;
  6. Müştərilərə yüksək səviyyədə bank məhsulları və xidmətlərinin satışını təşkil etmək;
  7. Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;
  8. Tabeliyində olan strukturların fəaliyyətini tənzimləmək və onların əsasnamə funksiyalarının yerinə yetirməsinə nəzarət etmək;
  9. Bilavasitə tabeliyində olan işçilər arasında vəzifə bölgüsü aparmaq;
  10. Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn digər bütün vəzifələrin icrasını təmin etmək.

 

Qeyd: Vakant yer Bakı və regionlar üzrə nəzərdə tutulub. CV göndərilərkən mövzu hissəsində vəzifənin adınının qeyd edilməsi mütləqdir.

Telefon: (012) 510-79-11

E-mail: cv@turanbank.az

→ Arxiv

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta