İslam Bankçılığı

Qlobal maliyyə sisteminin tərkibində İslam Bankçılığı daha cox "faizsiz maliyyə" kimi xarakterizə olunmaqdadır. İlk dəfə olaraq bu sistem 1963-1966-cı illərdə Misir iqtisadçı aliminin hazırladığı bank modeli əsasında elə həmin ölkədə tətbiq edilmişdir.

Hazırda islam bankçılığı geniş coğrafi kontingenti əhatə edərək, ABŞ-dan Çinədək dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq edilir.

Deyilənləri ümumiləşdirsək, islam bankçılığının 50 ilə yaxın bir dövr keçərək formalaşmasını və model olaraq sürətlə inkişaf etməsini görə bilərik. "The Financial Times"ın verdiyi məlumatlara istinadən Beynəlxalq Valyuta Fondunun (BVF) son araşdırmasının nəticələrinə görə, İslam qaydaları (Şəriət) əsasında fəaliyyət göstərən maliyyə-kredit təşkilatlarına olan maraq sürətlə artır. Ekspert hesablamalarına görə, dünyadakı 1,2-1,6 milyard müsəlmanın pullarının yarısı 2015-ci ildə belə banklardakı hesablarda olacaq.

Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində faizsiz bank institutlarının vəsaitlərindən istifadə istiqamətində İslam İnkişaf Bankı (İİB) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın 04.07.1992-ci il tarixində bu quruma üzv olması qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətləndirilməsinə təkan vermişdir. Hazırda Azərbaycanın İİB-da 9,76 mln. ABŞ dolları (ümumi səhm kapitalının 0,13%) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.

Bildirmək lazımdır ki, TuranBank, alternativ satış kanalları fonunda ənənəvi bankçılığa parallel olaraq, islam bankçılığının respublikamızın maliyyə sektorunda təşviqatını fəal aparan banklardan biridir. Belə ki, bank 2007-ci ildən İslam İnkişaf Bankı Qrupuna daxil olan OSİİK tərəfindən islam bankçılığı sahəsində təşkil edilmiş muxtəlif təlimlərə qatılmış və nəticə etibarı ilə 2008-ci ildə ilk dəfə olaraq kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə 1 mln. ABŞ dolları məbləğində resurs cəlb etmişdir. Bankın indiyədək ümumilikdə İİB-dən islam maliyyələşməsi istiqamətində əldə etdiyi vəsaitin ümumi həcmi 13,8 mln. ABŞ dolları məbləğindədir. Məlum olduğu kimi Azərbaycan müsəlman ölkəsi olmaqla islami dəyərlərə önəm verir ki, bu da iş muhitinin islami etik standartları çərçivəsində inkişafını zəruri edir. Deyilənləri nəzərə alaraq, TuranBank, istər OSİİK, istərsə də BİTMK tərəfindən cəlb olunmuş vəsaitləri şəriət qaydaları çərçivəsində kiçik və orta sahibkarlığın inkişafına yönləndirmiş və islam bankçılığının onəmli rolu və inkişaf prespektivlərinin geniş olması barədə mütəmadi təbliğat və təşviqat işləri aparmışdır.

Hazırda bankın islam bankcılığı çərçivəsində tətbiq etdiyi maliyyə alətlərinə "Murabaha", "2 pilləli Murabaha" və "İjarə"ni aid etmək olar.

İslam Bankçılığı uzrə fəaliyyətin movcud qanunvericilik ilə uyğunlaşdırılması və digər hazırlıq imkanlarını nəzərə alaraq, TuranBank, islam bankçılığı pəncərəsinin acılışı uzrə işləri yaxın illərdə yekunlaşdırmağı planlaşdırır.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta