Risk menecment və Hesabatlıq

Qlobal iqtisadi böhranın mənfi fəsadlarından qorunmaq TuranBankın fəaliyyətində də önəmli yerlərdən birini tutur. Beləki, Bank Risklərin İdarə Edilməsini xüsusi diqqət mərkəzində saxlayır. Bankda  Risklərin İdarə Edilməsi işinin daha da təkmilləşdirilməsi istiqamətində İFC, GARP, ARPA və s. beynəlxalq və yerli qurumlarla, o cümlədən ABTM ilə sıx əməkdaşlıq edilir.

Hal-hazırda TuranBankda Risklərin İdarə Edilməsi Departamenti  bankın bütün fəaliyyət göstərən struktur bölmələrinin fəaliyyətindən irəli gələn riskləri müəyyən etməklə, ölçməklə, nəzarət və monitorinq etməklə idarə edir.

TuranBank da standart avropa bankçılığında olduğu kimi risklərin idarə olunmasını aşağıdakı ierarxik səviyyələrdə təsnifləşdirmişdir:

a) Strateji səviyyə:
 Burada risklərin idarə edilməsi İdarə Heyəti və Müşahidə Şurası səviyyəsində aparılır. Belə ki, bu səviyyədə risklərin idarə olunması risklərin müəyyən olunması, onların idarə edilməsi və risklərin xarakterindən, baş vermə tezliyindən, vurduğu zərərin həcmindən aslı olaraq strategiya və siyasətin hazırlanması, risklərin baş verdiyi hallarda  adekvat sistemlərin yaradılması, risklərin qəbul olunan, yəni idarə edilə bilən səviyyədə saxlanılması üçün müəyyən alətlərin seçilməsi kimi tədbirlərin görülməsi ilə nəticələnir.

b) Makro səviyyə: Burada risklərin idarə edilməsi adətən bankın müxtəlif maliyyə fəaliyyəti ilə məşğul olan müxtəlif struktur vahidlərinin  menecment heyəti tərəfindən təşkil edilmiş komitələr tərəfindən bankın risk strategiyasına və siyasətinə uyğun şəkildə həyata keçirilir.

c) Mikro səviyyə:  Bu səviyyədə risklər yuxarıda qeyd olunan səviyyələr tərəfindən qoyulan limitlər çərçivəsində bankin maliyyə fəaliyyəti həyata keçirən struktur vahidləri tərəfindən idarə edilir.

 
 Risk hesabatlılıq sistemi
S/NHesabatın adıTəqdim etmə dövrü
1"Bank üzrə bütün cari risklərin (kredit, bazar, likvidlik, əməliyyat və digər risklər) təhlil nəticələri" barədə icmallaşdırılmış analitik hesabatRİEK - hər ay
2Kredit portfelinin konsentrasiya hesabatı  İdarə Heyətinə - hər ay
3Müxtəlif məhsullara, biznes proseslərinə risk rəyinin verilməsiMüntəzəm
4"Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən müzakirə edilmiş məsələlər haqqında" hesabatMüşahidə Şurasına - hər rüb
 
 
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta