Likvidlik riskləri

Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.


Likvidlik riskinin bir neçə növü vardır ki,bunlardan bank fəaliyyətinə xarakterik olanlar aşağıdakılardır:

Yenidən maliyyələşmə riski

  • Birdəfəlik və kredit xətləri üzrə qarşı bankın müqavilə şərtlərini düzgün yerinə yetirməməsi və ya yerinə yetirməməsi, kredit xətlərinin icra olunmaması nəticəsində yaranan yenidən maliyyələşdirmə riski;
  • Bankın depozit (əmanət) planının tam yerinə yetirilməməsi səbəbindən  yaranan yenidən maliyyələşdirmə riski.

Lazımi likvidlik riskləri

  • Kreditlər üzrə ödənişlərin gecikdirlməsi nəticəsində yaranan likvidlik riski;
  • Müştərilərin vəsaitlərinin vaxtından əvvəl çıxarılması nəticəsində yaranan likvidlik riski;
  • Kredit xəttlərindən həddindən çox istifadə edilməsi nəticəsində yaranan likvidlik riski;
  • Aktivlərin və passivlərin ödəniş müddətləri arasındakı, habelə, müddətlərə bağlı olaraq məbləğlər arasında yaranan uyğunsuzluq və uçurum nəticəsində yaranan likvidlik riski.

Likvid vəsaitlərə tələbat bir sıra səbəblərdən yaranır ki, bunlardan ən vacibləri aşağıdakılardır:

  • Əmanətlərin (depozitlərin) cıxarılması;
  • Cari hesablardakı vəsaitin çıxarılması;
  • Kreditlərin verilməsi;
  • Mövcud kredit xətləri üzrə vəsaitlərin verilməsi;
  • Vergilərin ödənilməsi;
  • Əsas vəsaitlərin alınması;
  • Mal və xidmətlərin dəyərinin ödənilməsi;
  • Əmək haqqlarının verilməsi;
  • Səhmdarlara dividendlərin ödənilməsi və s.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta