Faiz riskləri

Faiz riski – faiz dərəcəsinin enib-qalxması nəticəsində maliyyə alətlərinin və bankın iqtisadi dəyərinin dəyişməsindən ehtimal olunan itkilərdir. Faiz dərəcələrinin dəyişməsinə həssaslıq dərəcələri və dəyişmə müddətləri üzrə bankın tələblərinin və öhdəliklərinin həcmlərinin uyğunsuzluğu bu risklərin yaranmasına gətirir.

Faiz risklərinin əsasən iki növü qəbul edilir ki,bunlara aşağıdakılar aiddir:

  • Aktiv və Passivlər arasında uçurumdan yaranan faiz riski;
  • Likvidlik riskinin yaratdığı faiz riski.

Bankın faiz riskinə məruz qalma dərəcəsinin qiymətləndirilməsi və onun immunizasiyası (təsirinin aradan qaldırılması, azaldılması üçün) üzrə tədbirlərin müəyyənləşdirilməsi aşağıdakı tədbirlər kompleksindən ibarətdir:

  • Faiz risklərinin ssenarili modelləşdirilməsi;
  • Bankın cari aktiv və passivlərinin həcm və vaxt strukturunun müəyyənləşdirilməsi üçün proqram-texniki kompleksin tərtibi;
  • Həcm vaxt strukturunun qiymətləndirilməsi sistemi;
  • Faiz dərəcələrinin dəyişmə həssaslığına görə, maliyyə alətlərinin təsnifləşdirilməsi kriteriyalarının tərtibi;
  • Faiz dərəcələrinin baza indikatorlarının müəyyənləşdirilməsi və faktiki orta faiz dərəcələrinin bazardakı cari faiz dərəcələrinin dəyişməsindən asılılığının müəyyənləşdirilməsi tədbirləri;
  • Növbəti il üçün aktiv və passivlərin strukturunun ssenarisinin tərtibi;
  • Bankın faiz risklərinə məruzluğunu qiymətləndirmək üçün hesabatlılıq;
  • Aktiv və passivlərin strukturunun dəyişilməsi vasitəsi ilə, faiz riskinin immunizasiyası üçün tədbirlərin işlənib hazırlanması;
  • Cari maliyyə alətlərinin həssaslıq qrupu üzrə təsnifləşdirilməsinə dair daim işlənən tədbirlər kompleksi.
İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta