ÇPY/TM qarşı Siyasət

Son bir neçə ildir ki, TuranBank Çirkli Pulların Yuyulmasının (ÇPY) və terrorizmin maliyyələşdirilməsinin (TM) qarşısını almaq istiqamətində aktiv fəaliyyətini davam etdirməkdədir.

Hələ 2004-cü ildə bank tərəfindən «Azərbaycan Respublikasının Milli Bankı haqqında», «Banklar haqqında» Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələrinə, Bank Nəzarəti üzrə Bazel Komitəsinin, «Volfsberq» prinsiplərinə əsasən ÇPY/TM-ə qarşı daxili qayda və təlimatlar işləyib hazırlanmışdır. 2007-ci ildə isə bu istiqamətdə daxili qanunvercilik, normativ hüquqi baza təkmilləşdirilmiş, müştəri xidmətləri departamentinin Compliance Officer-ləri USAID, ATTF, ABTM kimi tanınmiş təşkilatlar tərəfindən ÇPY/TM-ə qarşı treninq, kurs və seminarlarda mütəmadi iştrak etmişlər.

ÇPY/TM-ə qarşı bank tərəfindən qəbul edilən mühüm sənədlər sırasında həmçinin ÇPY/TM-nin qarşısını almaq istiqamətində deklarasiya və «Öz müştərini tanı» siyasəti var. Bank tərəfindən ÇPY/TM-si istiqamətində qəbul edilən bütün daxili normativ hüquqi bazanın əsasını müştərilər və əməliyyatların identifikasiyası, əməliyyatlar üzrə sənədlərin saxlanılmasına dair müvafiq normativ sənədlər təşkil edir.


Bankda ÇPY/TM-ə qarşı görülən tədbirlərin sırasına həmçinin «Çirkli Pulların Yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı» bankdaxili prosedur və qaydalara riayət edilməsi, müştəri əməliyyatlarının yoxlanılması və Mərkəzi Bank tərəfindən yenilənən terrorist təşkilatlarının və ölkələrinin siyahısını mütəmadi izlənilməsi prosesinin təkmilləşdirilməsi məqsədi ilə 3 struktur bölmə rəhbərlərindən ibarət işçi qrup yaradılmışdır.

Bankın həmçinin əməkdaşlıq etdiyi müxbir banklardan ÇPY/TM-nin qarşısını almaq istiqamətində qəbul olunmuş sorğular mütəmadi araşdırılır və cavablandırılır. Bu istiqamətdə bank həmçinin ABŞ-ın tanınmış şirkətlərindən olan CSC ilə əməkdaşlığa start verilmiş və birgə əməkdaşlıq çərçivəsində işlənib hazırlanan Patriot Act bank tərəfindən imzalanmışdır. İmzalanmış Patriot Act eyni zamanda ABŞ-da tanınmış maliyyə oliqarxlarından biri Deutsche Bank Nyu York-la TuranBank arasında müxbir əlaqələrin yaradılmasına təkan vermişdir.

AML sorgu

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta