Müntəzəm verilən suallar

  1. 1.    Bankınız Baş Ofisi harda yerləşir?

Bankımızın Baş ofisi İsmayıl bəy Qutqaşınlı küçəsi 85 ünvanında yerləşir (təxminən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxasında).

  1. 2.    Banka necə zəng etmək olar?

Siz Bankınmızın Zəng Mərkəzinə (012) 935 qısa nömrəsi ilə zəng edərək Sizi maraqlandıran bütün məlumatları ala bilərsiniz.  

  1. 3.    Sizin filiallarınız harada yerləşir?

Nəzərinizə çatdırmaq istərdim ki, Bankımızın Bakı şəhərində Baş ofis ilə yanaşı 6 filialı fəaliyyət göstərir. Qalan 6 filial Sumqayıt, Gəncə, Tovuz, Ağstafa, Zaqatala, Xaçmaz şəhərlərində və 1 şöbə Qazax şəhərində fəaliyyət göstərir. Ətraflı məlumat üçün TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz: http://turanbank.az/bizim-bank/xidm-t-b-k-si/filiallar/

  1. 4.    Sizdə İslam Bankçılığı şərtlərinə uyğun kredit var?

-     Hazırda Bankımızda İslam İnkişaf Korporasiyasının təqdim etdiyi xüsusi layihə krediti məhsulu var. Həmin kredit üzrə şərtləri diqqətinizə təqdim edirik:

  • Kreditin üzrə minimum müraciət məbləği - 100,000 ABŞ dolları;
  • Kredit üzrə maksimum müraciət məbləği  - məhdudiyyətsiz;
  • Kredit üzrə maksimum müddət  - 60 ayadək;
  • Kredit üzrə güzəşt müddəti  - 12 ayadək;
  • Kredit üzrə ticarət əlavəsi – layihədən asılı olaraq qarşılıqlı razılaşma əsasında;
  • Kreditin təyinatı kiçik və orta sahibkarlığın maliyyələşdirilməsidir. Yəni, əsas və ya dövriyyə vəsaitlərinin əldə edilməsi;  
  • Şəriət qanunlarına əsasən qadağan olunmuş layihələr maliyyələşdirilmir.

  1. 5.    Sizə CV göndərmək istəyirəm. Hansı e-mail ünvana göndərə bilərəm?

CV-lərinizi hr@turanbank.az elektron ünvanına göndərə bilərsiniz. Bundan əlavə TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olaraq Onlayn CV Ərizə Formasını dolduraraq saytımıza yükləyə bilərsiniz: http://turanbank.az/bizim-bank/insan-resurslar/on-line-riz-formas/

  1. 6.    Sizdə hesab açmaq üçün hansı sənədlər lazımdır?

Bankımızda manat və ya xarici valyutalarda hesabların açılması üçün zəruri olan sənədlər aşağdakı kimidir:

  • Hesabın açılması üçün ərizə (hər bir hesab növü üçün 1 nüsxə);
  • İmza nümunələri (1 nüsxə);
  • Şəxsiyyəti təsdiq edən sənəd.

Əgər Siz sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuzsa əlavə olaraq müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə dublikatın əsli də tələb olunur.

  1. 7.    Bankınız hansı peşə sahiblərinə kreditlər verir? Faiz dərəcələri haqda məlumat verə bilərsiniz?

Bankımız xüsusi olaraq Təhsil, Səhiyyə və Hərbiçilər başda olmaqla dövlət müəssisə və təşkilatlarında, habelə özəl sektorda yüksək reytinqli müəssisə və təşkilatlarda  çalışan fiziki şəxslərə kreditlər verir. Kredit faizlərimiz aşağıdakı kimidir:

  • Müddət 12 ayadək olduqda - 20%;
  • Müddət 18 ayadək olduqda - 23%;
  • Müddət 24 ayadək olduqda - 26%;
  • Müddət 30 ayadək olduqda - 29%.

Maksimum müddət  30 ay, maksimum məbləğ isə 10 000 AZN təşkil edir. Ətraflı məlumat üçün TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz: http://turanbank.az/f-rdi-bankc-l-q/kreditl-r/

  1. 8.    Hərbiçi krediti şərtləri haqda məlumat verə bilərsiniz?

Hərbiçi kreditinin şərtləri aşağıdakı kimidir. İllik faiz dərəcələri:

  • Müddət 12 ayadək olduqda - 20%;
  • Müddət 18 ayadək olduqda - 23%;
  • Müddət 24 ayadək olduqda - 26%;
  • Müddət 30 ayadək olduqda - 29%.

Kreditin təminatı:

  • 2000 AZN-dək zaminsiz;
  • 2001 -4000 AZN-dək 1 fiziki şəxsin zaminliyi;
  • 4001 - 5500 AZN-dək 2 fiziki şəxsin zaminliyi.

  ·   Təkrar müştərilərə hər bənd üzrə 500 AZN artıq məbləğ verilir. 

Maksimum müddət  30 ay, maksimum məbləğ isə 5 500 AZN təşkil edir. Kreditlər əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Respublika Baş Prokurorluğu və bu orqanların tabeçiliyində olan qurumlarının əməkdaşlarına verilir. Ətraflı məlumat üçün TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz: http://turanbank.az/f-rdi-bankc-l-q/kreditl-r/h-rbici-krediti/

  1. 9.    MilliÖn terminallarından krediti necə ödəyə bilərəm?

Kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün sadəcə Banka yaxınlaşaraq "kredit İD" kodunu əldə etmək lazımdır. "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinın həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir:

  • Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir;
  • Növbəti açılan pəncərədən "TuranBank" seçilir;
  • Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir;
  • "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır;
  • Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur.

Terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur. Ödənişlər real vaxt rejimində həyata keçirilir.

  1. 10.  Hədiyyə kartlarının digər bank kartlarından fərqi nədir?

Bankımızın "Hədiyyə Kartları" istənilən bayrama, ad gününə və ya şənliyə əvəzolunmaz hədiyyədir. Kart hədiyyə kimi nəzərdə tutulduğundan kartın üzərində heç bir ad olmur. Kartı alan adam istənilən məbləği karta mədaxil edərək dostuna, qohumuna və ya biznes partnyoruna hədiyyə verə bilər. Kartın sahibi istədiyi zaman kartın balansına yenidən pul mədaxil edə bilər. Ümumi olaraq isə "Hədiyyə Kartları" Cirrus Maestro kartlarının bütün xüsusiyyətlərini özündə birləşdirir. Beləki, bu kartlar vasitəsilə Siz, bankomatdan nağd pul çıxara, istər ölkədaxili və istərsə də 200-dən artıq xarici ölkənin otel və alış-veriş mərkəzlərində POS-terminal vasitəsilə nağdsız və faizsiz ödənişlər, kommunal xidmətlər üçün, mobil telefon operatorlarına, kabel televiziyalarına, internet provayderlərinə ödənişlər, internet üzərindən alış-veriş, "Cash by Code", "ATM SMS Notification enrollment" (ATM vasitəsilə SMS məlumatlandırma), "Card to Card", Mobil Bankçılıq xidmətlərini həyata keçirə bilərsiniz. 

  1. 11.  Kartların üzərinə hansı şəkilləri vurmaq olar? Bunun üçün məhdudiyyət var?

“Şəkilli kartlar" məhsulunun üzərinə aşağıda təqdim olunan qadağalar siyahısında qeyd olunan şəkillər xaric istənilən şəkil həkk oluna bilər:

  • Siyasi, dini, ibadət şüarları və simvolları (bayraqlar, gerblər, himnlər, hakimiyyətin və dinin digər simvolları);
  • Müəllif hüquqlarının şamil olunduğu, o cümlədən, internet daxil olmaqla açıq və ya qapalı mənbələrdən alınmış materiallar;
  • Reklam materialları, əmtəə (xidmət) nişanları, şirkətlərin adları və loqotipləri, habelə əmtəə (xidmət) nişanlarının əks olunduğu mallar və xidmətlər;
  • Alkoqollu və spirt tərkibli məhsulların hər-hansı təsvirləri, habelə siqaretlər, siqaralar, tənbəki çubuqları, kartlar, zərlər, rulektalar, oyun avtomatları, totalizatorlar və qumar              oyunlarının digər atributları;
  • Bütün növ silahların, hərbi sursatların, hərbi geyim formalarının, hərbi texnikasının təsvirləri;
  • Seksual xarakterli materiallar;
  •  Zorakılığı və qəddarlığı təbliğ edən materiallar;
  • Bank və/və ya Master Card beynəlxalq ödəniş sistemi tərəfindən kartda yerləşdirmək üçün yolverilməz  hesab olunmuş digər təsvirlər.

  1. 12.  Plastik kartlarınızın hansı üstünlükləri var?

-       Bankımızda 3 növ plastik kart məhsulu var:

  ·     MasterCard Maestro/Cirrus

  ·     MasterCard Standard

  ·     MasterCard Gold

Siz həmin kartları əldə edərkən aşağıdakı üstünlükləri əldə edirsiniz:

  ·   İstər ölkədaxili və istərsə də 200-dən artıq xarici ölkənin otel və alış-veriş mərkəzlərində nəğdsiz ödəniş həyata keçirmə imkanı;

  ·   Azərcell, Bakcell və Nar Mobile ödənişləri;

  ·   Komunal xidmətlər üzrə ödənişlər;

  ·   İnternet üzərindən alış-veriş;

  ·   İnternet provayderlərə ödənişlər;    

  ·   Stasionar telefon danışıqlarının və aylıq abunə haqqlarının ödənişi;

  ·   Kabel televiziyası üçün aylıq abunə haqqlarının ödənişi;

  ·   Sığorta haqqlarının ödənişi;

  ·   Card to Card əməliyyatı (kartdan karta pul köçürmə);

  ·   “SMS Notification enrollment” (SMS məlumatlandırma) xidməti;

  ·     Cash by Code xidməti;

  ·     Mobil Bank xidməti.

  1. 13.  Türkiyəyə pul köçürmək üçün ən rahat və əlverişli sistem hansıdır?

-       Siz Turkiyəyə Bankımızın təklif etdiyi Contact təcili pul köçürmə sistemi vasitəsilə həm vaxt itkisinə yol vermədən, həm də ən aşağı komisyon ödəyərək pul köçürə bilərsiniz. Bilavasitə qohumlara daha çox məbləğdə pul vəsaitləri göndərmək üçün bankəmızda cari hesab açaraq köçürmə yolu ilə həyata keçirə bilərsiniz. Bu halda Siz çox aşağı komisyon ödəmiş olacaqsınız. 

  1. 14.  Sizin Bankda 1 illik əmanət yerləşdirsəm neçə faiz gəlir əldə edəcəm? Yerləşdirdiyim əmanət sığortalanacaqmı?

-       Bankımızın “Sirlər Xəzinəsi” əmanət kampaniyası çərçivəsində Xurcun məhsuluna əmanət yerləşdirməklə Siz, faizləri hər ay almaq şərtilə 11%, rüblük almaq şərtilə 11.2%, 6 aydan bir almaq şərtilə 11.3%, müddət sonu almaq şərtilə  isə 11.5% əldə edəcəksiniz. Bundan əlavə əmanətlərinizin Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanması üçün Sizə Çətir əmanəti məhsulunu təqdim edə bilərik. Ətraflı məlumat üçün TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz: http://turanbank.az/f-rdi-bankc-l-q/man-tl-r/

  1. 15.  Kreditləri banka gəlmədən necə ödəyə builərəm?

-       Siz şəhərin müxtəlif yerlərində yerləşdirilmiş MilliÖn Ödəniş terminalları və ya TuranBankın rəsmi saytı üzərindən “Kreditlərin Onlayn Ödənişi” bölməsinə daxil olaraq Banka yaxınlaşmadan, vaxt itkisinə yol vermədən kredit ödənişləriniz həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə Banka yaxınlaşaraq “Müştəri Kodlarınızı” əldə etməyiniz kifayətdir.   

  1. 16.   Bankınız kənd təsərrüfatı üçün kreditlər verir?

-       Hazırda Bankımızda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin təqdim etdiyi xüsusi layihə krediti məhsulu var. Kredit əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması, yeyinti məhsulları sektorunun (anbarlar da daxil olmaqla) modernləşdirilməsi və inkişafı, özəl damazlıq təsərrüfatlarının yaradılması və inkişafı və digər aqrar sahələrin inkişafı istiqamətində verilir. Ətraflı məlumat üçün TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz: http://turanbank.az/korporativ-bankc-l-q/k-nd-t-s-rrufat-ucun-layih-kreditl-ri/

  1. 17.  Bankınız tenderdə iştirak etmək üçün zəmanət verirmi?

-       Bankımız sənədli əməliyyatlar çərçivəsində müxtəlif layihələr üzrə həm zəmanətlər, həm də akkreditivlər təqdim edir. Təqdim edilən zəmanətlər aşağıdakılardar:

   ·    Tenderdə İştirak zəmanəti;

   ·    İcra zəmanəti;

   ·    Avans zəmanəti.

  1. 18.  Mən Sizdən İpoteka krediti götürə bilərəm? İpoteka almaq üçün hansı sənədlər lazımdır?

-       Bankımızdan İpoteka Kreditinin alınması üçün aşağıdakı sənədlər tələb olunur:

   ·     Şəxsiyyəti təsdiq edən sənəd (notarial təsdiq olunmuş surəti);

   ·     Nigahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə, subay olduqda Forma 14 (notarial təsdiq olunmuş surəti);

   ·     Əgər evlisinizsə yoldaşınızın şəxsiyyətini təsdiq edən sənəd (notarial təsdiq olunmuş surəti);

   ·     Sizinlə birgə yaşayan və yetkinlik yaşına çatmış ailə üzvlərinizin şəxsiyyətini təsdiq edən sənədlər (notarial təsdiq olunmuş surəti);

   ·     Əmək müqaviləsi və ya iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti;

   ·     Gəlirləri  təsdiq  edən  sənədlər;

   ·     İpoteka predmetinin qiymətləndirmə aktı;

Əgər Siz fərdi sahibkarsınızsa,

    ·    Vergi orqanlarında qeydiyyatdan keçmə haqqında şəhadətnamə;

    ·    Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

  1. 19.  Mən Sizin plastik kart müştərinizəm. Bu yaxınlarda xaricə səyahətə gedirəm. Kartımla aparılan əməliyyatlara necə nəzarət edə bilərəm?

-       Bankımızın təqdim etdiyi "SMS Notification enrollment - "SMS məlumatlandırma" xidmətinə qoşularaq Siz həm ölkədaxili, həm də ölkədən kənar ATM-lər, POS-terminallar və internet vasitəsi ilə aparılan əməliyyatlar haqqında məlumatları real vaxt rejimində istədiyiniz Azercell, Bakcell, Nar Mobile nömrəsinə SMS şəklində almaq imkanı əldə edirsiniz. Bundan əlavə Siz Mobil Bank xidmətinə qoşularaq mobil telefonunuzda istədiyiniz vaxt kart hesabının qalığına nəzarət edə və hesabdan çıxarışlar əldə edə bilərsiniz. Ətraflı məlumat üçün TuranBankın rəsmi saytının bu səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz: http://turanbank.az/f-rdi-bankc-l-q/plastik-kartlar/

  1. 20.  Mən Sizin banka əmanət yerləşdirsəm, həmin əmanətin müqabilində kredit ala bilərəm?

-       Siz Bankımızda əmanət yerləşdirməklə əmanət məbləğinin 90%-i həcmində kredit əldə edə bilərsiniz. Beləki bu kreditin 40%-i plastik kart vasitəsilə 30 günlük faizsiz kredit xətti və əlavə olaraq 50%-i istehlak krediti kimi təqdim olunur. Kredit kartlarına üstünlük verməyən müştərilər əmanət məbləğinin 90%-i həcmində istehlak krediti əldə edə bilərlər.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta