Müraciətlər

Müraciətlərə baxılması prosesi

Müraciətlər zamanı istehlakçı – adını, soyadını, ata adını, əlaqə məlumatlarını (ünvan da daxil olmaqla) və müraciətlərinin məzmununu mütləq şəkildə bildirilməlidir. Əgər ad, soyad, ata adı və ünvan  bildirilmədikdə, müraciət anonim sayılır. Anonim müraciətlərə baxılmır. Anonim olmayan müraciətlərə baxmaqdan imtina qadağandır.

Banka daxil olmuş müraciətlər müvafiq qaydada qeydiyyat kitabında qeydiyyata alınır. İlkin tələbdən istehlakçılar müraciətinin daxilolma qeydiyyat nömrəsi və tarixi barədə məlumat əldə edə bilər.

Pozulmuş istehlakçı hüquqlarının bərpası , eyni zamanda ərizə, təklif, sikayətinizlə əlaqədar “TuranBank”ASC-yə müraciət mənbələri:

Telefon: 935 (-9), (+99412) 510-79-11 (236)
Elektron poçt ünvanı: office@turanbank.az və ya mnagiyev@turanbank.az

Poçt ünvanı: AZ1073, Bakı şəh., İ.Qutqaşınlı küç. 85
Banka müraciət: www.turanbank.az / https://www.facebook.com/TuranBankASC

Müraciətlərin cavablandırılması müddəti

Kredit təşkilatları tərəfindən istehlakçıların müraciətləri qısa müddətdə, ən geci 10 iş günü ərzində cavablandırılıdır. Əgər müraciətlərin əlavə araşdırma tələb edirsə, müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər. Bu zaman istehlakçıya gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacaqğı son tarix aydın şəkildə izah ediliir. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa, bununla bağlı istehlakçıya məlumat verilməklə, sənədlərin  təqdim olunması üçün son tarixlər göstərilir.

Azərbaycan Respublikasının “Mərkəzi Bankı”ndan daxil olan müraciətlər isə 5 iş günü ərzində araşdırılmalı və aidiyyəti üzrə “Mərkəzi Bank”a cavab göndərilməlidir. Mərkəzi Bank tərəfindən istehlakçıların məlumatlandırılması tələb olunursa, müraciətlərə baxılması və cavablandırılması yuxarıda qeyd olunan əsaslarda həyata keçirilir.

Verilmiş cavabla razılaşmdadıqda

Müraciətə baxılmasının nəticəsi barədə Bank tərəfindən təqdim edilmiş cavabla razılaşmadıqda, istehlakçı müraciətini Azərbaycan Respublikasının “Mərkəzi Bankı”na və aidiyyəti məhkəmə orqanlarına təqdim edə bilər.

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta