Kənar auditorun seçilməsi

TuranBank tərəfindən kənar auditor seçilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının "Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında qaydalar"a uyğun aparılır. Bank kənar auditoru seçməkdə sərbəstdir. Кənar auditor seçilərkən Audit Komitəsi potensial auditordan aşağıdakılar barədə məlumatı əldə edir:
  • Auditor xidməti ilə məşğul olmaq üçün qüvvədə olan xüsusi razılığın (lisenziyanın) mövcud olması;
  • Auditorun keçmiş fəaliyyəti;
  • Bankın auditində iştirak edəcək başqa auditor və ekspertlərin (olduğu halda) adları, onların təhsilləri və iş təcrübələri;
  • Auditorun müstəqilliyini təsdiqləyəcək və auditorun, onun işçilərinin, birgə idarə olunan və birgə mülkiyyətə malik olan təşkilatın bankla, bankın inzibatçıları, banka aidiyyəti olan şəxslərlə və banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə son üç il ərzində və ya gələcəkdə nəzərdə tutulan hər hansı bir əlaqələrini təfsilatı ilə göstərən auditor bəyannaməsi;
  • Audit Komitəsinin rəyinə görə seçimin edilməsi üçün mühüm olan hər hansı digər işgüzar məlumat.

Kənar auditin seçilməsi zamanı aşağıdakı kriteriyalara diqqət yetirilir:

  • Seçilmiş auditorun MHBS sahəsində biliyə, bankların və digər maliyyə qurumlarının auditi üzrə təcrübəyə malik olması;
  • Nüfuzlu beynəlxalq auditor şirkəti olmaqla audit işinin aparılmasında "ən yaxşı təcrübəyə" (best practice) malik olması;
  • Təqdim olunan büdcənin keçirilən auditin həcminə və müddətinə adekvat olması;

Kənar auditorun seçilməsi zamanı müvafiq olaraq bir çox təşkilatlardan təkliflər alınır. Alınmış təkliflər təhlil olunduqdan sonra Bankın müəyyən etdiyi kriteriyalara uyğun olan təklif seçilir. Bank ös seçimini edərkən asasən nüfuzlu beynəlxalq auditor şirkətlərinə ("Böyük dördlük") üstünlük verir. Audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorla müqavilə bağlanılır və bu barədə auditin əhatə etdiyi ilin noyabr ayının 15-dək Mərkəzi Banka məlumat verilir.

Bankla auditor arasında imzalanmış müqavilədən başqa, Beynəlxalq Audit Standartları əsasında hazırlanmış "Məktub-öhdəlik" auditor tərəfindən banka göndərilir və məktubun alınması müvafiq olaraq bank tərəfindən təsdiqlənməlir.Bankda aparılan kənar auditə vaxtından əvvəl xitam verildikdə bank həmin tarixdən 5 (beş) iş günü ərzində Mərkəzi Banka məlumat verməlidir. Məlumatda müqaviləyə xitam vermənin səbəbləri göstərilməlidir.

Audit başa çatdıqdan sonra isə Kınar Audit Təşkilatı tərəfindən müvafiq qanunverciliyin tələblərinə uyğun olaraq audit hesabatı hazırlanılır və Banka taqdim olunur.

Banklar maliyyə hesabatlarının surətini "Audit hesabatı" və "Rəhbərliyə hesabat"ın surətləri ilə birlikdə müvafiq hesabat ili bitdikdən sonra növbəti ilin ilk 5 (beş) ayı ərzində, lakin "Auditor hesabatı"nın imzanlandığı tarixdən başlayaraq 3 (üç) iş günündən gec olmadan Mərkəzi Banka təqdim etməlidirlər.

Kənar müstəqil auditor haqqında:

TuranBank ASC artıq 2002-ci ildən dünyada nüfuza malik "böyük dördlük" ("big four") auditor təşkilatları sırasına daxil olan Deloitte and Touche, PriceWaterHouseCoopers və KPMG ilə əməkdaşlıq etmişdir. TuranBank 2011, 2012 və 2013-cü illərin maliyyə hesabatlarının auditi məqsədi ilə KPMG auditor şirkəti ilə müqavilə imzalamışdır.

1987-ci ildə iki nüfuzlu auditor şirkətlərinin ("Peat Marwick International" və "Klynveld Main Goerdeler") birləşməsindən yaranan KPMG "böyük dördlüyə" daxildir. 145 mindən çox işçi heyətinə malik olan KPMG-nin 22.7 milyard ABŞ dolları həcmində dövriyyəyəsi olmuşdur (2011-ci il üzrə). Azərbaycanda da böyük iş təcrübəsinə və nüfuza malik olmaqla TuranBank və digər yerli bankla auditor xidmətlərini göstərir.

Rəsmi internet səhifəsi: www.kpmg.com

Qeyd: TuranBank ASC-nin son illər də daxil olmaqla auditor hesabatları ilə "Maliyyə hesabatları" bölməsində tanış ola bilərsiniz. 

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta