Bank Xəbərləri

  • TuranBank Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə təbrik edir!

    Ümummilli Lider Heydər Əliyevin 6 fevral, 1996-cı il sərəncamı ilə hər il 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci ilin bu günü ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.TuranBankın kollektivi bütün həmvətənlərimizi 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, dövlətimizin və cəmiyyətimizin tərəqqisi və möhkəmlənməsi yolunda hər bir kəsə uğurlar arzulayır! ...

  • TuranBank "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin mükafatına layiq görülmüşdür

    TuranBank Azərbaycan Amerika Ticarət Palatasının keçirdiyi "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin “Könüllü fəaliyyət” nominasiyasında üçüncü yerin sahibi olmuşdur. Qeyd edək ki, mükafat Bankın “Azərbaycanın regionlarında qadın ekspertləri yetişdirmək və qadın sahibkarların təşviq edilməsi” layihəsi çərçivəsində ölkənin regionlarında keçirilmiş “Gələcəyini planlaşdır” təlimlərində aktiv iştirakı müqabilində təqdim olunmuşdur.Müsabiqənin əsas məqsədi 2015-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin korporativ sosial məsuliyyət proqrammları çərçivəsində həyata keçirdikləri...

  • TuranBank Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir!

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr, 2009-cu il tarixli sərəncamına əsasən noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. TuranBankın kollektivi Dövlət Bayrağı Günü  münasibətilə həmvətənlərimizi təbrik edir, milli dövlət bayrağımızın vətənimizin bütün guşələrində dalğalanmasını arzu edir!...

  • TuranBank Beynəlxalq Maliyyə Korporasiyasından 3,5 milyon dollar həcmində növbəti kredit tranşı almışdır

    TuranBank Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə 22 dekabr 2014-cü ildə imzaladığı 5 illik və ümumi həcmi 7 milyon ABŞ dolları olan kredit sazişi çərçivəsində 3,5 milyon dollar həcmində sayca ikinci tranşın cəlb edilməsini yekunlaşdırmışdır. Qeyd olunan maliyyə cəlbetməsi üzrə saziş Bankın IFC ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank 2011-ci ildə də IFC-dən MKOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdir...

  • TuranBankın 2015-ci ilin maliyyə yekunlarının auditi Deloitte&Touche şirkəti tərəfindən həyata keçiriləcəkdir

    TuranBankın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün Bankın kənar auditorun seçilməsi siyasətinə müvafiq olaraq keçirilmiş açıq tenderin qalibi Deloitte&Touche audit şirkəti elan olunmuşdur.Bank 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və Bankın daxili qaydlarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Beynəlxalq Audit Standartlarına uyğun auditinin aparılması məqsədilə, beynəlxalq nüfuza malik Deloitte&Touche, PriceWaterHouseCoopers və KPMG şirkətləri ilə əməkdaşlıq etməkdədir. Bank Korporativ İdarəetmə standar...

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta