Bank Xəbərləri

TuranBankın 2016-cı ilin maliyyə yekunlarının auditi KPMG şirkəti tərəfindən həyata keçiriləcək

TuranBankın 2016-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün Bankın kənar auditorunun seçilməsi siyasətinə müvafiq olaraq keçirilmiş açıq tenderin qalibi KPMG audit şirkəti elan olunmuşdur.

Bank 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və Bankın daxili qaydlarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik Deloitte&Touche, PriceWaterHouseCoopers və KPMG şirkətləri ilə əməkdaşlıq etməkdədir. Bank Korporativ İdarəetmə standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir. 

→ Arxiv

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta